Icma.az
close
up
RU
Mahir Emreli: Yayadək dözüb qərarımızı verəcəyik

Mahir Emreli: Yayadək dözüb qərarımızı verəcəyik

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Kifayət qədər qol epizodu yaratdıq".  Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib. 

27 yaşlı hücumçu ötən gün Haitiyə uduzduqları (0:3) yoldaşlıq oyunundan sonra fləş müsahibəsində fikirlərini bölüşüb:

"100 faizlik şanslarımız da oldu. Dəyərləndirə bilərdik. Amma bu, futboldur. Belə hallar olur. Erkən buraxdığımız qol planlarımızı pozdu. Həftə ərzində rəqibi analiz etmişdik. Komanda şəklində oynamağı planlaşdırırdıq. Amma qapımızda top görməyimiz planlarımızı pozdu. Belə olan halda istər-istəməz irəli çıxdıq, evdə oynadığımız üçün rəqibə təzyiq göstərmək istədik. Arxada boşluqlar verdik və fərqlənə biləcəyimiz anda qol buraxdıq. Yoldaşlıq matçı olduğunu anlamalıyıq. Baş məşqçimiz də bəzi yeni metodlar yoxlayırdı. Heyətdə meydana çıxan yeni futbolçular oldu. Gənclər üçün yeni təcrübə idi. Çoxusu əlindən gələni etdi. Ramazan ayında oynayırıq. Oyunçular oruc tutmalarına baxmayaraq maksimumlarını verə bilirlər. Səhvlərimizi analiz etməli və Belarusla görüşə doğru şəkildə hazırlaşmalıyıq. Meydana qələbə üçün çıxmalıyıq". 

Emreli əvəzlənərkən baş məşqçi Fernandu Santuşla söhbət etməsi barədə danışıb: "Yaxşı oynadığımı dedi. Özümü harada daha yaxşı hiss etməyimlə bağlı qısa danışımız oldu". 

O, Almaniyanın "Nürnberq" klubundakı durumundan da söz açıb: "Bu barədə yəqin ki, bir gün açıqlama verəcəyəm. Yəqin ki, yayda olacaq. Sadəcə, bunu deyə bilərəm ki, söylənənlərin çoxu həqiqəti əks etdirmir. Klubumda hər şey normaldır. Deyilən kimi deyil. Futbolla bağlı problem deyil. Tamam başqa məsələ idi. Bu da normaldır. Futbol bir az biznesə də çevrilib. Sadəcə, sakitliyimi qoruyacağam və yaya kimi dözəcəyəm. Ondan sonra qərarımızı verəcəyik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://sport24.az
archiveBu xəbər 23 Mart 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri