Icma.az
close
up
RU
Mahir, “Futbol+” yazıbsa, deməli, olmayıb?!

Mahir, “Futbol+” yazıbsa, deməli, olmayıb?!

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mahir sözü Azərbaycan dilində məharətli, bacarıqlı, qabiliyyətli, işini əla bilən, usta mənalarını ifadə edir.

Sirr deyil ki, futbolumuzun göz bəbəyi sayılan Mahir Emreli də həm ölkəmizə, həm də bu ada layiq olmaq üçün əlindən gələni əsirgəmir. Şəxsən mən buna sidqi-ürəkdən inanıram və tək olmadığımı düşünürəm.
Məlum olduğu kimi, son vaxtlar baş verən hadisələr də onun xeyrinə işlədi. Daha doğrusu, Bəxtiyar Həsənalızadə, Musa Qurbanlı, Cəlal Hüseynov, Ramil Şeydayev kimi ünlü, əksəriyyətinin legioner həyatında uğurlu olacağına inandığı futbolçuların müxtəlif səbəblərdən əli ətəyindən uzun Misli premyer-liqasına qayıtması azərbaycanlı futbolsevərlərin Mahirə sevgisini, hörmətini birəbeş artırdı. Ona görə ki, 2021-ci ilin yayında “Qarabağ”dan ayrılan oyunçu “Legiya”, Zaqreb “Dinamo”su və “Konyaspor”un formasını geyəndən sonra Azərbaycan klublarından “yağlı” təkliflər alsa da, ölkəmizi vətəndən kənarda təmsil etməyi üstün tutdu və “Nürnberq”in şərəfini qorumağa başladı. Düzdü, bu komanda elitada çıxış etmir. Lakin Almaniyanın 2-ci bundesliqasının səviyyəsini aşağılamaq heç cür mümkün deyil. Hər halda, premyer-liqanda stadionu, sponsoru, ciddi azarkeş dəstəyi, keyfiyyətli legionerləri olmayan klublar varsa, aşağı pillədə qərarlaşan komandalarla yuxarıdakılar arasında mövsümün birinci yarısında uçurum yaranırsa, buna cəsarət edə bilməzsən.
Qısası, Mahir yaşıl meydanlarda üzümüzü ağ edən, barmaqla sayılacaq qədər futbolçulardan biri və bəlkə də birincisidi. Di gəl ki, tez-tez ağlasığmaz, xoşagəlməz ifadələri, yersiz davranışıyla da gündəmə gəlir. Bu yerdə təxminən üç il əvvəl yaşanan olayı xatırlatmaqda fayda var. Xatırlayırsızsa, o vaxt “Legiya”da çıxış edən Emreli komanda yoldaşı Lukinyasla birgə azarkeşlərin hücumuna məruz qalmış, döyülmüşdü. Bəli-bəli, həmyerlimiz klub avtobusunda tərəfdarların yumruqlarını dadmışdı. Yerli media orqanları isə haqlı olaraq, həmin olayı “Mahir Emreli döyüldü” sərlövhəsiylə tirajlamışdı. Ardından “Motivator Azerbaijan” “yutub” kanalına qonaq olan futbolçu jurnalistlərin reytinq xatirinə qərəzli başlıqlar yazdığını, ona ağıl öyrətmək istədiklərini demişdi.
Maraqlıdı ki, o, indi də media nümayəndələrini hədəf alıb. Lakin bu dəfə azərbaycanlıları yox, Almaniyanın adlı-sanlı, dünyanın üçüncü, Avropanın ən böyük tirajla çap olunan qəzeti sayılan “Bild”i! Söhbət bazar və bayram günlərindən başqa gündəlik, özü də 1 milyon 500 mindən çox tirajla çap olunan, “bild.de” domeniylə hər gün milyonlarla oxucuya elektron xidmət göstərən qəzetdən gedir. Hələ “Bild”in 1952-ci ildən bəri fəaliyyətdə olduğunu demirik. Deməli, almaniyalı həmkarlarımızın 70 ildən çox tarixi olan qəzetinin zəngin adət-ənənələri, hörmətiylə yanaşı, əldə etdiyi güvən də var. Özü də “Müstəqil və tərəfsiz” şüarıyla çapdan çıxır. “De.statista.com” portalının məlumatına görə, “bild.de” saytının aylıq istifadəçi reytinqi 200 milyon civarındadı. Bəs Mahir nə edib? Qulaq asın...
Deməli, “İdman” TV-də qonaq olduğu “Sportcast” verilişində həmkarımızın “Almaniya mətbuatı baş məşqçi Miroslav Kloze ilə aranızın dəydiyini yazır. Xüsusilə də “Bild” nəşrinin məlumatına görə aranızda saatyarımlıq mübahisə olub. Bu, nə qədər doğrudu?” sualını belə cavablayıb:

“Almaniyada “Bild” qəzetinin yazdığına çoxları inanmır. Hətta orada belə bir deyim var: “Bild” yazıbsa, deməli, olmayıb”. Ona görə də bütün bunlar yalandan başqa bir şey deyil. Doğrudu, “Köln”lə oyunda əvəzləndiyimə görə əsəbi idim. Oynadığım komandalar daim çempionluq uğrunda mübarizə aparıb. Bu səbəbdən də böyükhesablı məğlubiyyətlərlə çox rastlaşmamışam”.


Ay Mahir, əvvəla həmin xəbəri “Bild”lə yanaşı, yerli “Nürnberq” qəzeti də yayıb. Özü də “Bild”dən əvvəl. Hətta baş məşqçin Miroslav Kloze bu məsələylə bağlı açıqlama verib və məlumatı təkzib etməyib. Əksinə, söhbət etdiyinizi, nəticədə səni anlayışla qarşıladığını bildirib. Yuxarıda sənə olan güvəndən, sayğıdan bəhs etdik. Gözləntimiz qollar, məhsuldar ötürmələr, ümumiyyətlə, həm şəxsi, həm də iş həyatınla bağlı xoş xəbərlərdən başqa bir şey deyil. Hətta karyeranı azı bundesliqada davam etdirməyini arzulayırıq. Sabah demə ki, “Futbol+” yazıbsa, deməli, olmayıb...
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Yanvar 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri