“Mahir üçün heç nə bitməyib, öz yolunu tutacaq” Kloze Emreliyə ümid verdi
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
“Nürnberq”in futbolçusu Mahir Emreli Almaniyanın 2-ci bundesliqasında göstərdiyi performans sayəsində həm azarkeşlərin, həm də yerli medianın diqqət mərkəzindədi.
O, komandasının “İnqolştadt”la yoxlama görüşündə qazanılan qələbədə də (3:0) pay sahibi olub. Penaltini dəqiq yerinə yetirən həmyerlimiz həm də mövsümün ikinci yarısı üçün ümidverici çıxışla yadda qalıb.
“Football-plus.az” xəbər verir ki, Almaniyanın “Klub Fokus” nəşri Emrelinin futbolçu keyfiyyətlərini belə dəyərləndirib:
“Mahir baş məşqçisi Miroslav Klozenin görmək istədiyi oyunu sərgiləməyə çalışır. Əfsanəvi hücumçu isə ondan narazıdı. Çünki azərbaycanlının daha artığını edə biləcəyinə inanır. Bu mənada mütəxəssisi haqlı saymaq olar. Həqiqətən Emreli istəsə, yetərincə məhsuldar çıxış edə bilir. Təbii ki, bunun üçün müxtəlif funksiyalarını daha da təkmilləşdirməlidi. O, güclü oyun texnikasına malikdi. Həmçinin rəqibin buraxdığı boşluqları tapmaqda effektivdi. Hücumçunun qış “transfer pəncərəsi”ndə “Nürnberq”dən ayrılmamasını yaxşı xəbər kimi dəyərləndirməliyik. Mahir oyun ritmini davam etdirdikcə, hazırlıq səviyyəsi artdıqca topla daha yaxşı davrana biləcək. Onun gələcəkdə çoxlu qol vuracağına şübhə yoxdu. Əbəs deyil ki, Kloze Emreli haqda deyir: “O, yaxşı oğlandı və hələ qazanmalı olduğu uğurlar var. Mahir üçün heç nə bitməyib. Öz yolunu tutacaq”.
Xatırladaq ki, “Nürnberq”in heyətində 13 matç keçirən Mahir 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Yanvar 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















