Mahirin komandasından gözlənilməz qərar! qış fasiləsində...
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Mahirin şərəfini qoruduğu “Kayzerslautern” qış fasiləsiylə bağlı qərar verib.
“Football-plus.az” “Kicker”ə istinadla xəbər verir ki, “qırmızı iblislər” qış təlim-məşq toplanışını başqa ölkədə keçirməməyə qərar verib. Halbuki komanda belə fasilələrdə, adətən Türkiyə, İspaniya və Malta kimi ölkələrə yollanır, başqa ölkələri təmsil edən komandalarla yoldaşlıq oyunu keçirirdi.
Klubun idman direktoru Marsel Klos qərarı belə izah edib:
“Fritz-Walter” və “Sportpark Rote Teufel”də çox yaxşı şərait qurmuşuq. İstəyirik ki, mövsümün ikinci yarısına bu idman qurğularında yerləşən bazalarımızda hazırlaşaq. Belədə futbolçuların istirahət vaxtı da uzun olacaq. Həm yol yorğunluğu problemləriylə üzləşməyəcəyik, həm də sərf edəcəyimiz zaman qısa olacaq. Öz yuvamızda qısa hazırlıq dövrü keçərək hədəfə doğru addımlayacağıq. Axı nəticədə daha yaxşı hazırlaşmaq üçün daha çox vaxt olacaq. Azarkeşlər əmin olsun ki, komandanın lazım olan nəticələri qazana bilməsi üçün ən ideal şərait yaradılacaq”.
Baxış sayı:56
Bu xəbər 07 Noyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















