Mahirlə Nərimandan qol xəbəri alacağıqmı?
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Bilindiyi kimi, yığmanın baş məşqçisi Ayxan Abbasov legioner həyatı yaşayan hücumçuları - Mahir Emreliylə Nəriman Axundzadəni Sent Lüsiya və Syerra-Leone ilə oyunlara çağırmadı.
Düzdü, yığma dünən keçirdiyi ilk matçda qoldan korluq çəkmədi. Komandamız Sent Lüsiya ilə oyunda tarixinin ən böyükhesablı qələbəsini (6:1) qazandı.
Bəs, Mahirlə Nərimanı bir də nə vaxt iş başında görəcəyik?
"Football-plus.az"ın məlumatına görə, Emrelinin şərəfini qoruduğu "Kayzerslautern" aprelin 4-də 28-ci turun görüşünü keçirəcək. 2-ci bundesliqada mübarizə aparan "qırmızı iblislər" "Düsseldorf"u qəbul edəcək. Axundzadənin formasını geydiyi "Kolambus Kryu" isə "Atlanta"nın qonağı olacaq. MLS-in 6-cı tur qarşılaşması aprelin 5-də keçiriləcək.
Maraq üçün bildirək ki, "Kayzerslautern" 40 xalla 7-ci pillədədi. Hələ mövsümdə ilk qələbəsini qazanmayan Ohayo təmsilçisi isə 2 xalla 14-cü sıradadı.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 29 Mart 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















