Makron: Atəşkəs tələbi rədd edilsə Fransa ABŞ la Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Fransa prezidenti Emmanuel Makron Ukraynanın İstanbulda atəşkəslə bağlı tələblərinə Rusiyanın cavabları ilə bağlı məlumat gözləyir ki, Moskva bundan imtina edərsə, ABŞ-la Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə edə bilsin.
APA xəbər verir ki, Makron bu haqda Avropa İttifaqının mətbuat konfransında bildirib.
"Rusiya tərəfi bu gün baş tutan müzakirələrdən sonra Ukrayna tərəfinə cavab verəcəyini vəd edib. İndi biz səbirli olmalıyıq. Lakin sonra atəşkəs tələbinə cavab mənfi olaraq qalsa, reaksiya verməli və sanksiyaları sərtləşdirməli olacağıq. Hazırda avropalılar və ABŞ arasında iş gedir, lakin təfərrüatlara varmaq hələ tezdir", - o deyib.

Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
25 Noyabr 2024 16:06
Zelenski Trampla Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək
21 İyun 2025 22:37
ABŞ Rusiyaya qarşı sanksiyaları GENİŞLƏNDİRDİ
21 Noyabr 2024 22:29
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
21 Noyabr 2024 23:18

