Makron: Demokratiyamızı, gəncləri və uşaqları sosial mediadan qorumalıyıq
Icma.az bildirir, Mia.az portalına istinadən.
"Demokratiyamızı, gəncləri və uşaqları sosial mediadan qorumalıyıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniyanın Berlin şəhərində keçirilən Avropa Rəqəmsal Suverenlik Zirvəsində çıxış edən Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, gəncləri və uşaqları sosial mediadan qorumaq həm əqli sağlamlıq, həm təhsil sistemi, həm də demokratik cəmiyyətlərin sabitliyi üçün çox vacibdir: "Bu gün təəssüf ki, gənclər günün ən azı 4-5 saatını sosial mediada keçirir. Bununla da onlar Amerikanın provayderlərinin və ya Çin şirkətlərinin platformalarının güclü təsirinə düşürlər. Onlar məzmuna və alqoritmlərə nəzarət edirlər. Halbuki, Avropa İttifaqı daxilində Rəqəmsal Xidmətlər Qanunu qəbul edilib. Ancaq bu qanuna baxmayaraq, icra yoxdur, o platformalar gələcyimizi təhlükyə atırlar. Bəli, bu gərgin mühitdə gənclər həddindən artıq zorakılığa, pornoqrafiyaya, əqli sağlamlıq problemlərinə və digər zərərli məzmuna yön alırlar. Gəlin açqı deyək: bu gün baş verən bir çox eybəcətrliklərin kökü bu platformaların uşaqlara təsiirndən qaynaqlanır. Biz cəmiyyətimizi sosial mediadan mütləq qorumalıyıq".
Makron bildirib ki, alqoritmlər şəffaflıq və ya hesabatlılıq olmadan ictimai rəyə təsir edən ifadə azadlığından danışmaq olmaz.
Samir MUSAYEV
MİA.AZ
Baxış sayı:28
Bu xəbər 19 Noyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















