Icma.az
close
up
RU
Makron Fransa Fələstin dövlətini tanıyacaq dedi, ABŞ və İsrail kəskin reaksiya verdi

Makron Fransa Fələstin dövlətini tanıyacaq dedi, ABŞ və İsrail kəskin reaksiya verdi

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının sentyabr sessiyasında Fələstin dövlətini rəsmi şəkildə tanıyacaqlarını bəyan edib. 

Qaynarinfo xəbər verir ki, o, bu qərarını "X” sosial şəbəkəsində açıqlayıb:

"Yaxın Şərqdə ədalətli və davamlı sülhə sadiqliyini daim qoruyan bir ölkə olaraq, Fransa Fələstin Dövlətini tanıyacaq. Bu tarixi bəyanatı sentyabrda BMT Baş Assambleyasında edəcəyəm”, – deyə Fransa lideri bildirib.

Bloomberg yazır ki, Makronun bu addımı Britaniyanın baş naziri Kir Starmeri çətin vəziyyətə salıb – onun hökumətindəki yüksək rütbəli şəxslər onu Fransanı nümunə götürməyə çağırırlar.

Starmer isə ötən gün verdiyi açıqlamada Fələstin xalqının dövlət qurmaq hüququnun danılmaz olduğunu söyləsə də, tanınma ilə bağlı konkret tarix verməyib. O, atəşkəsin əldə olunmasının Britaniyanı bu yolda irəli apara biləcəyini qeyd edib.

Makronun qərarı Vaşinqton və Təl-Əvivdə qəzəblə qarşılanıb. İsrailin baş naziri Binyamin Netanyahu bildirib:

"Makronun 7 oktyabr qırğınından sonra Fələstin dövlətini tanımaq qərarını qəti şəkildə pisləyirik. Bu, terroru təşviq edir və İrana bağlı daha bir marionet rejimin yaranmasına şərait yaradır – necə ki, Qəzza zolağında baş verib”.

ABŞ-ın dövlət katibi Marko Rubio da sərt reaksiya verərək deyib:

"Bu düşünülməmiş qərar yalnız HƏMAS-ın təbliğatına xidmət edir və sülh prosesini ləngidir. Bu, 7 oktyabr qurbanlarının xatirəsinə bir təhqirdir”.

The Hill yazır ki, ABŞ BMT-nin İsrail və Fələstin üçün iki dövlətli həll mövzusunda keçirdiyi konfransı boykot edəcək. Tramp administrasiyası bu konfransa əvvəldən qarşı çıxıb və müttəfiqləri ondan imtina etməyə çağırmışdı. Vaşinqton habelə bu konfransa ev sahibliyi edən ölkələrin nəticələrə hazır olmalı olduqlarını xəbərdarlıq etmişdi.

Rəsmi bəyanatda qeyd olunur:

"ABŞ Fələstin dövlətinin birtərəfli tanınmasına aparan istənilən addıma qarşıdır. Bu, münaqişənin həlli üçün ciddi hüquqi və siyasi maneələr yaradır, İsraili müharibəyə məcbur edə və onun düşmənlərini gücləndirə bilər”.

Eyni zamanda, prezident Trampın xüsusi nümayəndəsi Stiv Vitkof bildirib ki, ABŞ Qəzza zolağında atəşkəslə bağlı danışıqları dayandırır və Qətərdəki danışıqlar heyətini geri çağırır:

"Vasitəçilərin səylərinə baxmayaraq, HƏMAS-ın addımları uyğunsuz və qeyri-səmimi görünür. İndi girovların azad olunması və Qəzza sakinləri üçün daha sabit mühit yaradılması məqsədilə alternativ variantlara baxacağıq”, – deyə onu Associated Press sitat gətirib.

Xatırladaq ki, ABŞ, İsrail və HƏMAS Qətərdə bir neçə həftə danışıqlar aparsalar da, irəliləyiş cüzi olub. Əsas problem atəşkəslə bağlı qarşılıqlı tələblərlə bağlıdır:

HƏMAS girovların azadlığını yalnız İsrail ordusunun Qəzzadan tam çıxışı və müharibənin dayandırılması şərti ilə həyata keçirmək istəyir.

İsrail isə HƏMAS silahdan imtina edib hakimiyyətdən getməyincə münaqişəni bitirmək fikrində deyil.

HƏMAS bəyan edir ki, hakimiyyətdən uzaqlaşmağa hazırdır, lakin silahı təhvil verməyəcək.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 İyul 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri