Icma.az
close
up
RU
MAKRON MERZİ “SATDI” Almaniya Fransa tandemi niyə çat verir?

MAKRON MERZİ “SATDI” Almaniya Fransa tandemi niyə çat verir?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa İttifaqında Almaniya ilə Fransa arasında ənənəvi liderlik balansı ciddi şəkildə pozulmaq üzrədir.

“Financial Times” (FT) qəzetinin yazdığına görə, Almaniyanın yeni Kansleri Fridrix Merz Rusiyanın dondurulmuş 210 milyard avroluq dövlət aktivlərinin Ukraynaya yardım üçün istifadəsi ideyasını son ana qədər müdafiə etsə də, bu təşəbbüs Fransa Prezidenti Emmanuel Makronun mövqeyi səbəbindən iflasa uğrayıb.

Məqalədə bildirilir ki, Brüsseldə keçirilən sammit ərəfəsində Makron açıq şəkildə Almaniyanın planına qarşı çıxmasa da, pərdəarxası danışıqlarda Fransa tərəfi bu addımın hüquqi risklər yaratdığını və Parisin mümkün kompensasiyalar üçün maliyyə zəmanəti vermək gücündə olmadığını vurğulayıb. Fransa ilə yanaşı, Rusiya aktivlərinin əsasən yerləşdiyi Belçika və sonradan İtaliya da bu təşəbbüsə qarşı mövqe tutub.

Nəticədə Makron da İtaliyanın Baş naziri Corcia Meloninin mövqeyinə yaxınlaşaraq Merzin planını faktiki olaraq bloklayıb. FT-yə danışan yüksək vəzifəli Aİ diplomatı bunu “Makronun Merzi satması” kimi qiymətləndirib və bunun siyasi nəticələrinin olacağını bildirib.

Məqalədə vurğulanır ki, Fridrix Merzin may ayında hakimiyyətə gəlişindən sonra Almaniya Aİ daxilində daha iddialı və təşəbbüskar xətt götürüb. Berlin növbəti on il üçün müdafiə və infrastruktur sahəsinə 1 trilyon avroya qədər vəsait ayırmağa hazırlaşır. Bu isə Almaniyanın Avropada liderlik iddialarını xeyli gücləndirib.

Əksinə, Emmanuel Makron ikinci prezidentlik müddətinin sonuna yaxınlaşdıqca Fransa yüksək dövlət borcu və daxili siyasi qeyri-sabitlik səbəbindən manevr imkanlarını itirir. Analitiklərin fikrincə, bu vəziyyət Almaniya–Fransa tandemində “tam rol dəyişikliyi” yaradıb.

Alman Marshall Fondunun eksperti Corcina Rayt Brüsseldə artıq Almaniyanın əsas oyunçu kimi qəbul edildiyini, Fransanın isə təsir imkanlarının azaldığını bildirir.

Sammit zamanı Almaniya ilə Fransa arasında digər əsas fikir ayrılığı Aİ–Mercosur ticarət sazişi ətrafında yaşanıb. Qeyd edək ki, bu saziş Avropa İttifaqı ilə Latın Amerikası ölkələri qrupunu (Argentina, Braziliya, Uruqvay, Paraqvay) əhatə edən uzunmüddətli ticarət anlaşmasıdır. Sazişə 25 ildən çox danışıqlardan sonra razılıq əldə olunub. Məqsəd qarşılıqlı tarifləri azaltmaq, ticarəti asanlaşdırmaq, investisiyaları təşviq etmək və ticarət normalarını uyğunlaşdırmaqdır.

Merz bu sazişin ilin sonuna qədər imzalanmasını istəyib. Lakin Makron bu dəfə də Meloninin dəstəyi ilə prosesi bir neçə həftəlik ləngitməyə nail olub.

Buna baxmayaraq, Aİ sammitində Ukrayna üçün 90 milyard avroluq kredit paketinin ayrılması barədə razılıq əldə olunub. Kredit Aİ büdcəsinin istifadə olunmamış hissəsi hesabına təmin ediləcək. Fransa rəsmiləri bu qərarda Makronun da mühüm rol oynadığını iddia edirlər.

FT yazır ki, paradoksal vəziyyət yaranıb: Avropa İttifaqı getdikcə Makronun illərdir müdafiə etdiyi ideyalara – sənaye siyasəti, strateji muxtariyyət, “Avropadan al” prinsipi daha çox yaxınlaşır, amma Fransa özü bu siyasətləri aktiv şəkildə irəli aparmaq gücünü itirir.

Analitiklərə görə, Merz Avropada boşalan liderlik yerini doldurmağa çalışır, Makron isə milli maraqlarını qorumaq naminə Aİ daxilində təşəbbüsləri əngəlləyən tərəf kimi görünür.

Məqalə Almaniya–Fransa münasibətlərində dərinləşən çatın yaxın aylarda Aİ-nin həm Ukrayna siyasətinə, həm də qlobal ticarət qərarlarına ciddi təsir göstərə biləcəyini qeyd etməklə yekunlaşır.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Dekabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri