Icma.az
close
up
RU
Makron Milli Assambleyanı buraxmasa, istefa verməyə məcbur qala bilər

Makron Milli Assambleyanı buraxmasa, istefa verməyə məcbur qala bilər

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransada sağçı Milli Ralli partiyasının lideri Cordan Bardella hesab edir ki, prezident Emmanuel Makron Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxmaqdan imtina edərsə, istefa verməyə məcbur olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, Bardella bu fikri BFMTV telekanalına açıqlamasında bildirib:

“Onun seçimi olmayacaq. İlk növbədə mən ondan Milli Assambleyanın buraxılmasını xahiş edirəm. Əgər istəmirsə, o zaman yeganə mümkün həll yolunu tapacağımız aydındır”, – deyə o vurğulayıb.

Siyasətçi əlavə edib ki, partiyası mümkün erkən seçkilərdə qalib gələrsə, ölkəni idarə etməyə hazırdır:

“Milli Ralli həm prezident, həm də parlament seçkilərinə tam şəkildə hazırdır.”

Qeyd edək ki, prezident Makron dəfələrlə 2027-ci ilə qədər – yəni prezidentlik müddətinin sonuna qədər istefa verməyəcəyini bəyan edib.

Fransada siyasi gərginlik baş nazir Sebastien Lecornunun istefasından sonra daha da artıb. Yeni hökumətin 18 üzvündən 13-nün əvvəlki kabinetdən qalması müxalifətin kəskin tənqidinə səbəb olub.

Bazar ertəsi axşam Yelisey Sarayı açıqlama verərək bildirib ki, Makron Lecornuya bütün siyasi qüvvələrlə danışıqlar aparmağı tapşırıb. Bu danışıqlar “ölkənin sabitliyi naminə fəaliyyət platformasının müəyyən edilməsi” məqsədi daşıyır.

Lakin Fransa mediası yazır ki, əgər bu proses uğursuz olarsa, Makron gələcək qərarlara görə məsuliyyəti şəxsən öz üzərinə götürəcəyini bəyan edib.

Oktyabrın 6-da aparılmış bir neçə rəy sorğusunun nəticələrinə əsasən, fransızların əksəriyyəti ölkədəki siyasi böhrana görə Makronun vaxtından əvvəl istefa verməsini dəstəkləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri