Icma.az
close
up
RU
Makron Paşinyana “pəncərə” açır: Putin isə Ermənistanı “bonus” kimi istəyir

Makron Paşinyana “pəncərə” açır: Putin isə Ermənistanı “bonus” kimi istəyir

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Paşinyan hakimiyyəti növbəti dəfə qeyri-müəyyənlik içərisində “xaotik və sürüşkən” manevrlərə məcbur qalıb, rəsmi İrəvan ABŞ və Qərbə, yoxsa, Rusiyaya doğru istiqamət almaqda tərəddüd edir... Rəsmi İrəvan bir tərəfdən Ermənistanı yenidən Kremlin orbitinə qaytarmaq istəmir, digər tərəfdənsə, ABŞ və Qərbin Ermənistanı əvvəlki kimi himayə etməyə həvəs göstərəcəyinə qətiyyən əmin deyil...

Cənubi Qafqaz uğrunda mübarizə həlledici mərhələyə keçmiş kimi görünür. Belə ki, bu mərhələdə geopolitik qüvvələr nisbəti böyük ölçüdə dəqiqləşmiş olacaq. Hər halda, ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaza nəzarət dairəsinin bölüşdürülməsinə yönəlik qarşıdurmasında geopolitik manevr sərhədlərini təsəvvür etmək çətinləşməyəcək. Hətta hər iki tərəfin regional geopolitik proseslərə təsir faktorları tədricən öz əhəmiyyətini itirə bilər. Və bu baxımdan, Cənubi Qafqazın tarixi bir dövrdən keçdiyi qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, hələlik əsas qarşıdurma məkanı olaraq, məhz Ermənistan diqqəti çəkir. Belə ki, Azərbaycan ABŞ və Qərbin Rusiya ilə regional nüfuz savaşından kənarda görünür. Yəni, rəsmi Bakının qətiyyətli və prinsipial mövqeyi sayəsində Azərbaycan hər iki tərəf – həm ABŞ, Avropa Birliyi və Fransa, həm də Rusiya üçün hazırda müəyyən mənada, əlçatmazdır. Və eyni zamanda, Qərb siyasi dairələri Gürcüstan üzərində qurduqları ssenariləri də hələlik reallaşdırmağa nail olmayıblar.

Təbii ki, belə vəziyyətdə Ermənistanın dünya nəhəngləri arasındakı nüfuz savaşının əsas toqquşma poliqonuna çevrilməsi o qədər də gözlənilməz deyil. Üstəlik, rəsmi İrəvan Ermənistanı ənənəvi hərbi müttəfiqindən qoparıb, Qərbə “qaçırtmaq” siyasəti yürüdür. Ermənistanda hərbi bazaları olan Rusiyadan uzaqlaşmağa çalışan rəsmi İrəvan Qərbin təlimatlarını icra etməyə üstünlük verir. Və bu, Ermənistanın Qərbin qeyri-formal “geopolitik müstəmləkə”sinə çevrilməsini təmin edib.

Ancaq ABŞ və Qərbin Rusiya ilə nüfuz savaşı hələ sona çatmadığından hazırda Ermənistanın “geopolitik müstəmləkə” statusu da natamam prosesin nəticəsi hesab oluna bilər. Yəni, dünya nəhənglərinin geopolitik savaşında mütləq qalib məlum olmadığından, rəsmi İrəvan əslində, bu natamam proseslə Ermənistanın gələcək taleyini böyük risk altına salıb. Çünki ABŞ və Qərb Cənubi Qafqazda məğlun olarsa, yaxud bu regiona yönəlik siyasi planlarını dəyişərsə, Ermənistan birbaşa zərbə altında qala bilər. Və Kreml Rusiyaya qarşı strateji xarakter daşıyan geopolitik xəyanəti Ermənistana bağışlamaz.

Ona görə də, indi Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başladıqdan sonra yürüdəcəyi Cənubi Qafqaz siyasəti məhz ilk növbədə Ermənistanın gələcək taleyini təhdid edə bilər. Çünki ABŞ-ın yeni prezidenti Donald Trampın Ukrayna savaşının dayandırılması məqsədilə Kreml sahibi Vladimir Putin ilə Rusiyanın maraqlarına uyğun şərtlər daxilində anlaşma ehtimalı mövcuddur. Və bu, baş verərsə, prezident Vladimir Putinin Ağ Evin yeni sahibindən Ukrayna anlaşmasının üzərində əlavə “bonus” kimi Ermənistanı da geri almaq istəyə bilər.

Rəsmi İrəvanın belə bir təhlükənin mövcudluğunu anladığı qətiyyən şübhə doğurmur. Paşinyan hakimiyyətinin Bayden administrasiyasına vəd verməsinə baxmayaraq, Ermənistanın KTMT-dan çıxdığını və Rusiya ilə hərbi müttəfiqliyi pozduğunu rəsmən elan etməyə cəsarət göstərməməsinin əsas səbəblərini də məhz bu önəmli faktorda axtarmaq lazımdır. Yəni, rəsmi İrəvan Tramp administasiyasının yaxın gələcəyə yönəlik davranışlarının mümkün istiqamətlərini müəyyən etməkdə çətinlik çəkir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin Tramp administrasiyası ilə elə indidən “təmas pəncərəsi” axtarması da gələcəyə yönəlik böyük narahatlıqdan qaynaqlanır.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti Tramp administarasiyası ilə yaxınlaşmaq baxımından, “təmas pəncərəsi”nin açılması üçün Fransadan dəstək almağa çalışır. Prezident Emmanuel Makron Ermənistan baş naziri Nikol Paşinyanı bir müddət öncə Fransada səfərdə olmuş Ağ Evin yeni sahibi Donald Trampla görüşdürməyə nail olub. Qısamüddətli görüşdə erməni baş nazir Ağ Evin yeni sahibinə Ermənistanın ABŞ-ın Cənubi Qafqaz hədəfləri üçün faydalı olduğunu çatdırmağa çalışıb. Və ABŞ-ın yeni prezidenti Donald Trampın buna nə qədər önəm verdiyi hələlik müəmmalı qalsa da, Paşinyan hakimiyyətinin Rusiyadan növbəti dəfə məsafə saxlamağa çalışması rəsmi İrəvanın müəyyən ümidlərə qapıldığını göstərir.

Məsələ ondadır ki, Bayden administrasiyasının Ağ Evi tərk edəcəyi dəqiqləşdikdən sonra Paşinyan hakimiyyəti hər ehtimala qarşı Rusiya ilə də səhnəarxası təmasları artırmışdı. Hətta rəsmi İrəvan Avrasiya İqtisadi İttifaqının Ermənistanda keçirilməli olan növbəti zirvə toplantısının Rusiyada təşkil olunması üçün Kremlə müraciət etmişdi. Bununla da beynəlxalq məhkəmənin həbs qərarı ucbatından Ermənistana səfər ehtimalı zəif olan prezident Vladimir Putinlə birbaşa görüş şansı qazanılmışdı. Və prezident Emmanuel Makronun vasitəçiliyi ilə Ağ Evin yeni sahibi Donald Trampla qısamüddətli görüşdən sonra baş nazir Nikol Paşinyan növbəti dəfə manevr etmək qərarına gəlib.

Hər halda, MDB-nin qeyri-rəsmi zirvə toplantısı ərəfəsində baş nazir Nikol Paşinyanın karonavirus testinin gözlənilmədən pozitiv çıxması qətiyyən təsadüfi deyil. Eyni zamanda, baş nazir Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının Rusiyada keçiriləcək və Ermənistanın sədrlik erməli olduğu zirvə toplantısına qatılması da ciddi sual altındadır. Böyük ehtimalla erməni baş nazir bu mərhələdə Kreml sahibi ilə görüşməkdən çəkinir. Və Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başladıqdan sonra ABŞ-ın Ermənistana yönəlik mövqeyinin dəqiqləşməsinə qədər zaman qazanmağa çalışır.

Göründüyü kimi, Paşinyan hakimiyyəti növbəti dəfə qeyri-müəyyənlik içərisində “xaotik və sürüşkən” manevrlərə məcbur qalıb. Yəni, rəsmi İrəvan hansı istiqamətə yönəlmək məsələsində tərəddüdlərini aşmaqda çətinlik çəkir. Belə ki, rəsmi İrəvan bir tərəfdən Ermənistanı yenidən Kremlin orbitinə qaytarmaq istəmir. Digər tərəfdənsə, ABŞ və Qərbin Ermənistanı əvvəlki kimi himayə etməyə həvəs göstərəcəyinə qətiyyən əmin deyil. Və bu baxımdan, rəsmi İrəvanın Ermənistanı hələ də “geopolitik labirint”də saxladığı qətiyyən şübhə doğurmur.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Dekabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri