Icma.az
close
up
RU
Makron: Sülh istəyirik, kapitulyasiya yox

Makron: Sülh istəyirik, kapitulyasiya yox

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə sülh planı “düzgün istiqamətdə” irəliləsə də, sənəddə Ukrayna və Avropa üçün qəbulolunan olması baxımından ciddi müzakirə və düzəliş tələb edən məqamlar var.

"Ölkə.az" xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron RTL radiostansiyasına müsahibəsində danışıb.

 “Bu təşəbbüs sülhə aparan düzgün istiqamətdədir. Lakin planda elə məqamlar var ki, onların müzakirəsi, razılaşdırılması və yaxşılaşdırılması vacibdir. Biz sülh istəyirik, amma kapitulyasiya anlamına gələn sülh yox”,-deyə Makron bildirib.

O vurğulayıb ki, hansı ərazi güzəştlərinə razı olub-olmamağa yalnız ukraynalılar qərar verə bilər.

Fransa lideri qeyd edib ki, müzakirəyə çıxarılan məqamlar əsasən Rusiyanın qəbul etdiyi çərçivə barədə təsəvvür yaradır: “Bu, ruslar üçün qəbuledilən ola bilər. Amma bu, ukraynalıların və avropalıların qəbul etməli olduğu anlamına gəlir? Cavab – xeyr.”

Makronun sözlərinə görə, Rusiya ilə sülh əldə olunacağı təqdirdə Ukraynanın ilk müdafiə xətti onun ordusunun bərpası olacaq və bu proses heç bir şəkildə məhdudlaşdırıla bilməz.

O həmçinin bildirib ki, dondurulmuş Rusiya aktivləri Avropadadır və onların taleyinə yalnız Avropa qərar verə bilər.

Makrondan ABŞ-a səfər edib daha “əlverişli razılaşmaya” nail olmaq üçün vasitəçi kimi çıxış edib-etməyəcəyi soruşulduqda, Fransa prezidenti hazırda belə bir planının olmadığını deyib.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Noyabr 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri