Icma.az
close
up
RU
Makron tarixi müstəmləkəsini geri almağa hazırlaşır Bakı və Ankarada narahatlıq

Makron tarixi müstəmləkəsini geri almağa hazırlaşır Bakı və Ankarada narahatlıq

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyanın xarici işlər naziri Əhməd əş-Şaranın Fransaya rəsmi səfəri və orada keçirdiyi görüşlər Cənubi Qafqazda da diqqətlə izlənilir. Son aylarda Suriya ilə münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atan Azərbaycan Fransanın bu sahədə təşəbbüsü ələ almaq cəhdlərinə qarşı diqqətli mövqe sərgiləyir.

Ekspertlərin fikrincə, Fransanın bu aktivliyi – Yaxın Şərqdə nüfuz dairəsini genişləndirmək, regiond Türkiyə və Azərbaycan kimi, çəkisi artan aktorları prosesdən kənarda saxlamaq cəhdləri ilə əlaqələndirilə bilər. Bu kontekstdə Şaranın Parislə yaxınlaşmasının Bakı və Ankaranın regional siyasətinə necə təsir edəcəyi müzakirə mövzusudur.

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Əhməd əş-Şaranın Fransaya səfəri rəsmi Bakı tərəfindən qıcıqlandırıcı addım kimi qiymətləndirilmir:

“Fransa tarixi baxımdan Suriya ilə ənənəvi tərəfdaş olub. 1920-ci illərdə iki ölkə arasında hərbi toqquşmalar yaşanıb, daha sonra isə Millətlər Liqasının mandatı əsasında Fransa Suriya və Livanda idarəedici rol alıb. Hafiz Əsəd dövründə münasibətlər hər zaman yaxın olmayıb, amma müasir dövrdə – xüsusilə vətəndaş müharibəsi zamanı – Fransa Suriyada müxalifəti tanıyan ilk Qərb dövlətlərindən olub. Buna görə də Fransa–Suriya münasibətlərini enişli-yoxuşlu bir xətt üzrə qiymətləndirmək olar.

Şaranın Parisə səfəri, vaxtilə Fransa tərəfindən müxalifətin dəstəklənməsinə verilmiş bir cavab kimi də şərh edilə bilər. Eyni zamanda, Fransa keçmiş müstəmləkə torpaqları ilə – o cümlədən Suriya və Livanla – münasibətləri yenidən bərpa etməyə çalışır. Bu da Parisin bölgədə yenidən aktiv rol almaq istədiyini göstərir”.

Sədrəddin Soltan

Politoloq qeyd edib ki, Şaranın Fransaya səfəri həm də Avropa İttifaqının aparıcı dövləti ilə əlaqələrin qurulması baxımından əhəmiyyətlidir:

“Suriya hökumətinin maliyyə dəstəyinə ehtiyacı var və Avropada Bəşər Əsəd hökumətinə məxsus dondurulmuş aktivlərin açılması, sanksiyaların yumşaldılması bu səfərin əsas gündəm maddələrindən biridir. Bu baxımdan, Fransa və Aİ-nin Suriya ilə münasibətlərdə yeni mərhələyə keçidi mümkündür.

Suriya müstəqil dövlətdir. Həm Azərbaycan, həm də Türkiyə bu müstəqilliyi tanıyır. Bu ölkənin digər dövlətlərlə əlaqə qurması prinsip etibarilə problem yaratmır. Ancaq gələcəkdə bu münasibətlər Türkiyə və Azərbaycanın maraqlarına zidd istiqamətə yönələcəksə, həmin zaman narahatlıq üçün əsaslar yarana bilər”.

Turan Rzayev
Globalinfo.az-ın siyasi yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 May 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri