Makron: Yaxın illərdə AI layihələrinə investisiyalar 100 milyard avrodan çox olacaq
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransada süni intellektlə (AI) bağlı investisiya layihələrinin həyata keçirilməsi planlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalına bildirib.
Onun sözlərinə görə, yaxın illər üçün yerli və xarici şirkətlərin ümumilikdə 109 milyard avro məbləğində investisiyaları planlaşdırılır.
Parisdə fevralın 10-da siyasətçilərin, həmçinin sənaye və elmi dairələrin nümayəndələrinin iştirak edəcəyi iki günlük AI sammiti başlayacaq.
Daha əvvəl Fransanın “Iliad Group” telekommunikasiya şirkəti ölkədə tədqiqatlara və süni intellekt infrastrukturunun yaradılmasına 3 milyard avro investisiya qoyacağını elan edib. Makron müsahibəsində digər iki Fransa şirkətinin – “Orange SA” və “Thales SA”nın planlaşdırılan investisiyalarını da qeyd edib.
Bundan əlavə, ABŞ-nin “Brookfield Asset Management” investisiya şirkəti növbəti beş il ərzində Fransada məlumat emalı mərkəzlərinin tikintisi və süni intellekt infrastrukturunun inkişafına 20 milyard avro sərmayə qoymağı planlaşdırır. Həmçinin, Əbu-Dabi suveren fondu Fransada məlumat mərkəzlərinin inkişafına 30-50 milyard avro sərmayə yatırmaq niyyətindədir planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 Fevral 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















