Icma.az
close
up
RU
Makronun təzyiq mesajı: Qərb Ukraynanı atəşkəsə, Rusiyanı razılığa məcbur etməyə çalışır

Makronun təzyiq mesajı: Qərb Ukraynanı atəşkəsə, Rusiyanı razılığa məcbur etməyə çalışır

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron Rusiya-Ukrayna müharibəsi ilə bağlı “Paris Match” dərgisinə verdiyi müsahibədə diqqətçəkən açıqlamalarla çıxış edib. O bildirib ki, Ukraynanın Qərb müttəfiqləri yaxın 8-10 gün ərzində Moskvanı atəşkəslə razılaşmağa sövq etmək üçün təzyiqləri artırmağı planlaşdırırlar. Makronun sözlərinə görə, tərəflər atəşkəsə indi əvvəlkindən daha yaxın görünür, lakin “ayıq-sayıq qalmaq lazımdır”, çünki “tənliyin bir hissəsi” Moskvanın mövqeyindən asılıdır. Fransa lideri Rusiyaya qarşı planlaşdırılan təzyiqlərin konkret nədən ibarət olacağı barədə isə açıqlama verməyib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, ABŞ-də Donald Trampın yenidən hakimiyyətə gəlmə ehtimalı və Amerikanın Rusiya-Ukrayna müharibəsindəki mövqeyi Avropada narahatlıq yaradıb:

“Artıq qabaqcıl Avropa ölkələri Ukraynanın son çabalarını göstərdiyini görürlər. Amma müharibənin sona çatmaması üçün yollar axtarırlar. Həmişə olduğu kimi, yalnız bəyanatlarla, vədlərlə çıxış edirlər. Ukraynanın “ağzına su damızdırmaqla” məşğuldurlar. Bu isə savaşın son akkordlarıdır. Ukrayna üçün “əcəl zəngini” Makron kimiləri daha əvvəl çalmışdı. Almaniyanın müdafiə naziri də yaxın günlərdə Ukraynanı qızışdıracaq bəyanatlar verdi. Trampın Kiyevi atəşkəsə sürüklədiyini və bunun ərazi itkisi hesabına başa gələcəyini bildirdi. Bu isə Ukrayna üçün faktiki kapitulyasiya deməkdir".

Siyasi şərhçi qeyd edib ki, əgər Kreml işğal etdiyi ərazilərdən geri çəkilməyəcəksə, atəşkəsin mənası sual altındadır:

“O zaman sual yaranır: Ukraynanın kapitulyasiya etməməsi üçün nə edirsiniz? Boş sözlərdən başqa ortada nə var? Ukraynanın hava məkanını bağlamısınızmı? Canlı qüvvə ilə dəstək verdinizmi? Hərbi yardımı belə ciddi şəkildə təmin etmədiniz. Makron da Almaniya rəsmiləri kimi yalnız danışır".

Cavanşir Abbaslı: Masanın əsl iştirakçıları Rusiya və ABŞ olacaq

Cavanşir Abbaslı əlavə edib ki, Zelenski ABŞ tərəfindən dəstəksiz qalaraq Avropaya üz tutduqdan sonra ciddi bir yardım görməyib:

“Ukrayna əvvəlcədən də savaş meydanında tək buraxılmışdı. Tramp isə bu prosesi rəsmiləşdirdi. Makronun təzyiqdən danışması Ukraynanın kapitulyasiyasına şərait yaratmaq cəhdi kimi də başa düşülə bilər. Onsuz da 2014-cü ildən bəri Rusiyaya tətbiq olunan sanksiyalar və təzyiqlər hansı nəticə verdi?”

Müsahibimiz vurğulayıb ki, Avropa bu müharibənin onlara da zərər verdiyini anlayaraq atəşkəsə razı salmaq üçün Ukraynaya təzyiq edir:

“Makronun ‘yalnız Ukraynaya təzyiq göstərmək düzgün deyil’ deməsi hər şeyi açıq şəkildə göstərir. Avropa istəyinə nail oldu. İndi isə bu savaşın ziyanlarını minimuma endirməyə çalışır. Fransa kimi ölkələr bir növ savaş sonrası ‘qənimət bölgüsündə’ iştirak etmək istəyir. Dağılan isə Ukraynadır. Masanın əsl iştirakçıları Rusiya və ABŞ olacaq. Ukrayna isə sadəcə onların razılaşdırdığı sənədə imza atacaq. Fransa və digər Avropa ölkələri yalnız ABŞ-dan sonra nəsə əldə etməyə çalışacaqlar.”

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Aprel 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri