Icma.az
close
up
RU
Malatyada həlak olan azərbaycanlı tələbələrin işi yenidən araşdırılır

Malatyada həlak olan azərbaycanlı tələbələrin işi yenidən araşdırılır

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin Malatya şəhərində 6 Fevral 2023-cü ildə baş verən zəlzələ nəticəsində, azərbaycanlı tələbələrlə birlikdə 78 nəfərin həyatını itirdiyi Hakimbey Apartamını ilə bağlı araşdırmalar yenidən aktivləşdirilib.

Moderator.az xəbər verir ki, Gaziantep Bölgə İdarə Məhkəməsi Malatya Valiliyinin “dövlət məmurları haqqında araşdırma icazəsi verilməməsi” qərarını qanunsuz hesab edərək ləğv edib.

Məhkəmə qərarında vurğulanıb ki, hadisəyə cəlb olunan bütün vəzifəlilər və onların məsuliyyəti tam araşdırılmadan işin bağlanması mümkün deyil.

Rəyə əsasən, binaların yoxlanılmasında və zəlzələ nəticələrinin qiymətləndirilməsində bəzi qurumlar əsaslı səhvlər edib. Bu səbəbdən həlak olan vətəndaşların, o cümlədən azərbaycanlı tələbələrin ölümü ilə bağlı məsuliyyət daşıyan şəxslər müəyyən edilməlidir. 

Rəydə, həmçinin binanın 2020-ci ildə baş verən Elazığ zəlzələsindən sonra aparılan yoxlamalarda Çevrə və Şəhərsalma Nazirliyinin nümayəndələrinin də məsuliyyət daşıdığı göstərilib. Belə ki, 2020-ci ilin 24 yanvarında Hakimbey Apartmanının sakini Gülen Öner zəlzələ nəticəsində binada yaranan çatlaq və zədələr barədə Malatya Çevrə və Şəhərsalma İl Müdürlüğünə rəsmi müraciət edib. Lakin müraciətinə görə heç bir ciddi tədbir görülməyib və bina “hasarsız” kimi qeyd edilib. 

Məhkəmə qərarı ilə iş Malatya Valiliyinə geri göndərilib. Valiliyin, yalnız bir şəxs və ya qurumla məhdudlaşmadan, bütün iddiaları ətraflı araşdırması tələb olunur.

Bu araşdırma nəticəsində, binaların layihələndirilməsi, yoxlanılması və zəlzələdən sonra tədbirlərin görülməməsi ilə bağlı məsuliyyət daşıyan bütün şəxslər hüquqi məsuliyyətə cəlb ediləcək.

Hadisə qurbanlarının ailələri və vəkilləri məsuliyyət daşıyan şəxslərin layiq olduqları cəzaları almasını tələb edirlər. 

Qeyd edək ki, Türkiyənin Malatya şəhərində 6 Fevral 2023-cü ildə baş verən zəlzələ nəticəsində dağılan Hakimbey Apartamında 78 nəfər həyatını itirmişdi. Həlak olanlar arasında Malatya İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə də var idi. Onların cansız bədənləri günlərlə davam edən axtarış-xilasetmə işlərindən sonra tapılmışdı.

Hadisəyə ilə bağlı hələ ki, həmin dövrdə Malatya Bələdiyyəsində çalışan İmar İşləri müdiri Mustafa Bingöl və inşaat mühəndisi Ahmet Özer “bilərəkdən ölümlərə və yaralanmalara səbəb olma” maddəsi ilə (həbs olunmadan) mühakimə olunurlar. 

Rumiyyə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Yanvar 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri