Malavinin vitseprezidenti Azərbaycana səfərə gəlib
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Malavi Respublikasının vitse-prezidenti Mixael Bizuik Usi noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Pravda.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Malavinin vitseprezidenti Azərbaycana səfərə gəlib
10 Noyabr 2024 17:49

