“MALBI trans” beynəlxalq logistika şirkətinin Bakıda filialının açılmasının mümkünlüyü nəzərdən keçirilir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 12 sentyabr, AZƏRTAC
“MALBI-trans” beynəlxalq logistika şirkətinin Bakıda filialının açılmasını və ya birgə müəssisənin yaradılmasını nəzərdən keçiririk.
Bunu AZƏRTAC-a müsahibəsində nəqliyyat və logistika üzrə ekspert, “MALBI-trans” beynəlxalq logistika şirkətinin baş direktoru Liliana Krutonoq söyləyib.
“Regionda bir çox şirkətlərlə əməkdaşlıq edirik. Orta Dəhliz üzrə tərəfdaşlarımız arasında Qazaxıstan və Avropanın bir sıra şirkətləri, məsələn, “Caspian Global”, “PTS Cargo” və başqaları var. Bakıda filial açmaq və ya birgə müəssisə yaratmaq imkanını nəzərdən keçirmişik. Hazırda bir sıra yerli operatorlarla danışıqlar aparırıq və artıq konkret təkliflər almışıq”, – deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 12 Sentyabr 2025 06:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















