Icma.az
close
up
RU
Maldivə nə vaxtda vizasız gedə biləcəyik? Deputat CAVABLADI

Maldivə nə vaxtda vizasız gedə biləcəyik? Deputat CAVABLADI

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş 24 sentyabr 2025-ci ildə Nyu-York şəhərində imzalanıb.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin plenar iclasında bildirib.

O qeyd edib ki, Azərbaycan və Maldiv arasındakı sözügedən beynəlxalq müqavilə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin təşviq edilməsi məqsədini daşıyır, bunun üçün vətəndaşların qarşılıqlı gediş-gəlişinin sadələşdirilməsi ilə bağlı hüquqi əsas yaradır.

Sazişə əsasən, Azərbaycan Respublikasının və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları qarşı tərəfin dövlətinin ərazisinə viza tələbi olmadan səfər edə bilər və orada 90 gün müddətədək qala bilərlər. Ümumvətəndaş pasportunun etibarlılıq müddəti (digər Tərəfin Dövlətinin ərazisinə giriş tarixindən sonra) ən azı 180 gün olmalıdır.

Sazişin 1-ci Maddəsinin 2-ci bəndi müəyyən istisnanı nəzərdə tutur: beləki, 90 gündən daha artıq qalmaq istəyənlər, eləcə də işləmək və ya təhsil almaq istəyənlər əvvəlcədən tələb olunan vizanı əldə etməlidirlər. 
Tərəflər qeyri-müəyyən müddətə bağladıqları Sazişi üç halda müvəqqəti olaraq, tamamilə və ya qismən dayandıra bilər. Bu milli təhlükəsizlik, ictimai asayiş və sağlamlıq məsələləri ilə bağlı zərurət yarandığı hallara aiddir.

"Vətəndaşlarımızı maraqlandırır ki, nə vaxtdan Maldivə vizasız gedə bilərlər: Bunun üçün Tərəflər zəruri dövlətdaxili prosedurlarını tamamlamalı və bu barədə bir birlərinə diplomatik kanallarla nota təqdim etməlidrirlər. Məhz sonuncu diplomatik bildirişin alındığı tarixdən 30 gün sonra Saziş tətbiq edilməyə başlayacaqdır. 
Sazişin qüvvəyəminmə günü barədə Xarici İşlər Nazirliyinin açıqlamasını gözləmək lazımdır", - deputat bildirib.

Hindistanın cənub-qərbində, Hind okeanında yerləşən Maldiv unikal coğrafi quruluşa malikdir. Beləki Maldiv iyirmi altı atolldan (yəni halqaşəkilli, kənarları mərcan olan təbii adadan) və ayrıca bir neçə ada qrupundan ibarətdir. Turizm ölkədə ÜDM-in 28%-ni təşkil edir.

Yalnız quru ərazisi hesablanarsa, dünyanın 10 kiçik ölkəsindən biri olan Maldivin 530 min əhalisi var. 
1968-ci ildə respublika elan olunan Maldiv ölkədə 8 əsrlik monarxiyaya son qoyub.

BMT üzvü olan Respublika həmçinin İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının üzvüdür və Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq üzrə tərəfdaşıdır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri