Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Malıbəylinin qoynundakı gözyaşı: Üçbulaq

Malıbəylinin qoynundakı gözyaşı: Üçbulaq

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Bu günlərdə Qarabağın dilbər guşələrinin seyrinə çıxmışdım. Xankəndi turunda heç kimin bilmədiyi , daha dəqiq, sosial şəbəkələrdə paylaşmadığı bir bulağa rast gəldik. Xankəndidən xeyli aşağıda, Malıbəyli kəndinin alt hissəsində, Qar-qar çayının 100 addımlığında gördüyünüz bu bulağın adı Malıbəyli bulağıdir. Üzərindəki daş xeyli köhnə görünürdü.


Xocalı rayonu Malıbəyli kəndində Xan qızı Natavanın çəkdirdi Novlu bulaq haqqında məlumatim vardı, bilirdim ki, bulaq 1880-ci ildə inşa edilib. Bulaq Xan qızı Natəvanın maliyyə dəstəyi ilə yerli əhali tərəfindən çəkilib. Bulağın açılışını Xan qızı Natəvan edib və onun təklifi ilə bulağa Novlu bulaq adı verilib.
Bulaq yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5055
Amma Xankəndi və Malıbəyli in kəsişdiyi dərənin dibindəki bu bulag haqqında heç bir məlumatim yox idi. 2971-1975- çi illərdə Xankəndi Pedaqoji İnstitutunun tələbəsi olmuş Əhməd Xudiyev bulağın adının Malıbəyli olduğunu iddia etdi və dedi ki , istirahət günləri tələbə yoldaşlarımızla gəlib bu bulağın başında istirahət edirdik.
Ərazi insanı valeh edir, hər tərəf yaşıllıq və 100 illik ağaclarla örtülüdür! Bulağın suyu buz kimi soyuq , göz yaşı kimi dumduru…
Tək qüsuru odur ki, diqqətdən uzaqdır, diqqətdən uzaq olduğu üçün də getdikcə zibilxanaya çevrilmək ehtimalı var.
Bu bulağın geniş açıqlamasını ancaq o yerlərin igid oğlu, polkovnik Azay Kərim verə bilərdi, Verdi də!
Polkovnik əvvəlcə Malıbəyli torpagına qonaq gələnləri salamlayıb, “Xoş gəlmisiniz” dedikdən sonra bildirdi ki, bu bulağın adı “Üçbulaq”dı:”Qar-Qar çayını kecib Malibəyli istiqamətinə 500 m gedərkən yolun aşagısında restoranın böyrundə yerləşir. Ermənilər bu bulagı cox sevirdilər. Amma gözündəki daş cox qədimidi. O vaxtdan qalandı. Sadacə sag - sol tərəflərinə bizimkilər mişar daşlarını düzüblər.Təxminən1980- ci illərdə, onda mən 7- ci sinifdə oxuyurdum. Əvvəl bulaga 15 ədəd pilləkənlərlə düşüb qalxırdıq. İndi bizimkilər heç bir səbəb göstərmədən həmin pilləkənləri traktorun qabagına verib düzdüyüblər. Bulaqdan sol tərəfdə bizim böyük bostanımız var idi, cayın qıragında, amma butun bitkiləri bu bulagın suyu ilə suvarardıq. Məhsul da cox dadlı olardı. Yay - qış bu bulagın kənarı ermənilər ilə dolu olurdu. Yeyib- içməyə gəlirdilər. Balaca idik. Ət almaga pulumuz olmadıgına görə nənəmin qazın ogurlayib gətirib burda bişirirdik, evə gedəndə isə qaz ogurlayana qarqiş tökürdük. (gülür)
-Oradan 1 km sonra isə bizim Malıbəyli kəndi gəlir.
Oxucularımıza Malıbəyli kəndi haqqında da qısa bir məlumat verək: 1918-1920-ci illərdə Xankəndində 18 ev olanda Malıbəyli kəndində 350 ev var idi, ona “bala Tiflis” deyilərdi...
Bakı Dövlət Universietinin müəllimi Qismət Yunusoğlu yazır: Malıbəyli kəndi rayon mərkəzindən şimal-şərqə tərəf 12 km aralı olmaqla, Yuxarı və Aşağı Quşçular kəndləri ilə birlikdə M.Əzizbəyov adına südçülük-tərəvəzçilik sovxozu idi. Bu təsərrüfatın sahəsi Xankəndi şəhərinin 600-700 metrliyindəki Qarqar çayınadək, əks tərəfdə isə Xocalı rayonunun torpaqlarınadək geniş ərazini tuturdu. Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşirin (1693-1763) oğlu İbrahimxəlil xanın (1732-1806) saldırdığı məşhur “Xan bağı” (alma,armud, gavalı,əncir, tut, qoz ağaclarından ibarət 10 hektaradək ərazi) da daxil olmaqla.Tarixi, maddi və mədəni irs, milli “ekoloji abidə”kimi bu bağ Qarqar çayından çəkilmiş arxla suvarılmaqla, Xankəndi şəhərinin şimal-şərqində, 1 km aralıda idi. Bağın yaxınlığında Xanın tikdirdiyi qədim karvansaray, Qarqar şayı sahilində inşa edilən 4 su dəyirmanı qalırdı. 1950-1960-cı illərdə təsərrüfatın “Ağa körpüsü”nün alt hissəsini tutan əkin-örüş yerlərinin xeyli hissəsi (kənd təsərrüfatı təyinatlı münbit torpaqlar) Xankəndi şəhərinin hüdudlarına daxil edildi, təsərrüfat rəhbərliyinin və üzvlərinin razılığı alınmadan. Baxmayaraq ki, haylar yataqlanan Ballıca, Xənəzək və Daşbulaq kəndlərinin dəmyə və təsərrüfat üçün yararsız torpaqları Xankəndi şəhər yaxınlığında geniş sahə tuturdu, onların bir qarışına belə dəyilmədi.
Şəhər ərazisinə qatılan təsərrüfat torpaqlarında haylar üçün yaşayış evləri tikildi (1950-ci ildən sonra bu yerə 20 hay ailəsi yerləşdirildi), Bakı Elektrotexnika zavodunun filialının binası inşa olundu, qədim karvansarayın yerində şəhər avtomobil bazası yerləşdirildi, daha sonra kənd təsərrüfatı maşınlarının təmiri və dəmirçi emalatxanaları (orada düzəldilən dəryaz, balta, oraq, dəhrələrdə ustalar hay mənşəli möhürlərini vururdular) salındı.
Tədricən “Xan bağı” ləğv edildi, karvansaray dağıdıldı (qalıqları qalırdı), əkin yerlərindəki “Lahıc bağı”, “Hüseynin bostanı”, “Məşədi Səmədin qoruğu”, “At qoruğu”, eləcə də məhsuldar tut bağları məhv edilərək torpaqları hayların sərəncamına verildi.
“Xan bağı”ndakı İbrahimxəlil xanın 2 mərtəbəli bağ evində Xankəndi şəhərindən köçürülmüş 8 ailə (onlardan biri də Sabir Əkbər oğlu Tağıyevin (1938-1989) ailəsi olub) yaşayırdı, yaşı 200 ildən çox olan bağın bağbanı Yuxarı Quşçular kənd sakini Balakişi Hüseyn oğlu (1911-1990) olub. Bu bağın alma ağacı sortları Təbriz şəhərindən gətirilmişdi, meyvəsi qışdada budaqda qalırdı, meyvəsinin qabığından və yarqağından “Xoruzquyruğu” çay dəmlənirdi..
Əntiqə Rəşid
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 İyun 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri