Icma.az
close
up
RU
Maliyyə naziri: Əsas hədəf büdcə sisteminin nəticəyönümlülüyünü daha da artırmaqdır

Maliyyə naziri: Əsas hədəf büdcə sisteminin nəticəyönümlülüyünü daha da artırmaqdır

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

“2025-ci ilin dövlət büdcəsinin yerli gəlirləri 873 milyon manat və ya proqnoza nisbətən 79 milyon manat çox, yerli xərcləri isə 717 milyon manat icra olunub”.

Ölkə.az xəbər verir ki, bunu  maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Nazir bildirib ki, regionların mərkəzi büdcədən maliyyə asılılığının azalması da 2025-ci ilin müsbət nəticələrindəndir: “Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya əvvəlki illə müqayisədə 25,2 milyon manat və ya 13,6 faiz azalıb. Yerli gəlirlər hesabına xərclərini maliyyələşdirən şəhər və rayonların sayının artması regionların iqtisadi və maliyyə potensialının gücləndiyini göstərir. Beləliklə, ötən il fiskal orqanlar tərəfindən daxilolmaların artıqlaması ilə təmin edilməsi və büdcə xərclərinin səmərəli icrası hesabına dövlət büdcəsi profisitlə yerinə yetirilib”.

S.Babayev əlavə edib ki, 2025-ci il icmal büdcənin gəlirləri 48 mlrd. manat, xərcləri isə 44,6 mlrd. manat təşkil edib, icmal büdcə də profisitlə icra olunub. 

Ümumilikdə, 2025-ci ildə ölkədə makroiqtisadi sabitliyin qorunması, dövlət gəlirlərinin artırılması, qeyri-neft sektorunun genişləndirilməsi, borc dayanıqlılığının təmin edilməsi və sosial öhdəliklərin maliyyələşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayan nazir qarşıdakı dövr üçün hədəflərdən də danışıb. “Əsas hədəf müsbət nəticələri möhkəmləndirmək, qeyri-neft gəlirlərinin artımını sürətləndirmək, dövlət xərclərinin səmərəliliyini yüksəltmək, büdcə sisteminin nəticəyönümlülüyünü daha da artırmaqdır. Əminik ki, həyata keçirilən məqsədyönlü iqtisadi və fiskal siyasət ölkəmizin maliyyə dayanıqlılığının möhkəmlənməsinə, əhalinin rifahının yüksəlməsinə və inkişaf hədəflərinə xidmət edəcək”, - deyə nazir qeyd edib. 

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 İyun 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri