Manaf Ağayev: Ehtiyac ucbatından hər toya gedirsən
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bu il xaricə istirahətə getmədim. Rayonlarımızda dincəldim. Bəzi səbəblər oldu ki, xaricə çıxmadım. Qubada, İsmayıllıda, Qəbələdə oldum”.
"Yeni Sabah" axşam.az-a istinadla xəbər verir ki, bunu Manaf Ağayev deyib.
Müğənni verilişlərdəki dəyişikliklərdən danışıb: Marqarita pizza
“Yaxşı ki, efirlə bağlı bu təmizliklər oldu. 40 illik stajım var, mənə qadağa qoyulmaz. Qoysalar da, ehtiyac yoxdur. İnstaqramım elə bir efirdir. Düz etdilər, efir davasız keçmirdi. Elə bil verilişə oxumağa yox, davaya gedirdik. Qalmaqal olar, amma hər dəfə yox. Kimə lazımdır sən ərə getdin, getmədin? Şou bir dəfə olar. Ağını çıxartdılar. Yadda qalmaq üçün hər gün dava edirdilər.
Bundan sonra verilişə çıxdığım adamlara fikir verəcəyəm. Buna qədər etmirdim. Bilirdilər ki, çılğınam, qalmaqala çəkirdilər. İndi mənim yaşıma, başıma qalmaqal yaraşmır”.
M.Ağayev bir müddət əvvəl dediyi "65 yaşımdan sonra toylara getməyəcəyəm" cümləsinə aydınlıq gətirib:
"Oxuyacağam, ölənə qədər oxuyacağam. Amma müəyyən, seçmə məclislərdə. Yaşın bir vaxtı var. Yorulsam, getmərəm. Ehtiyac ucbatından hər toya gedirsən. İndi seçmə toylara gedəcəyəm”.
Baxış sayı:89
Bu xəbər 12 Avqust 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















