Icma.az
close
up
RU
Manasyanın subliminal, “Armenpress”in açıq mesajı

Manasyanın subliminal, “Armenpress”in açıq mesajı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəsmi İrəvan insan hüquqlarını alətə çevirməkdən uzaq durmalıdır

Ermənistanın İnsan hüquqları müdafiəçisi, Ombudsman Anahit Manasyan 44 günlük müharibə ilə bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib və bildirib ki, savaş zamanı və ondan sonra baş vermiş kütləvi insan hüquqları pozuntuları minlərlə insanın taleyində dərin iz buraxıb. Əslində, Manasyanın yazdıqlarına əhəmiyyət verməmək olardı. Aydındır ki, o, gündəmə uyğun açıqlama vermək istəyib. Amma...

“Əmma”sını sonda bildirəcəyik. Hələlik isə deyək ki, erməni ombudsman müharibədən zərər çəkmiş fərdlərin və ailələrin hüquqlarının ardıcıl müdafiəsinə sadiqliyini vurğulayıb. O, həmçinin mandatının bütün alətlərindən istifadə etməklə, insan hüquqlarının aliliyini, ləyaqətli həyat şəraitini, sülh və təhlükəsizlik içində gələcəyin təmin edilməsini mühüm məqsəd kimi qarşıya qoyduğunu açıqlayıb.

Məsələ ondadır ki, Manasyanın toxunduğu mövzu, həqiqətən, həssasdır. Yəni insan hüquq və azadlıqları spesifik mövzudur. Amma məsələni sırf 44 günlük müharibə müstəvisində gündəmə gətirmək, yumşaq desək, yolverilməzdir. Axı müharibə müharibədir və onun dəhşətləri var. Ermənistan o dəhşəti iki və beş il əvvəl yaşadı. Azərbaycan isə...

İki il əvvəl Azərbaycan dövləti Silahlı Qüvvələrimizin keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağda yaşayan ermənilərin öz evlərində qalmalarının mümkünlüyünü bəyan etdi. Əlbəttə ki, Azərbaycan vətəndaşı olaraq. Amma rəsmi İrəvan bununla razılaşmadı və nəticədə həmin ermənilərin Ermənistana kütləvi köçü başlandı.

Qarabağ ermənilərinin bu gün də normal yaşam təminatları yoxdur. Halbuki, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev belə bir təminatı verdiyini açıqlamışdı. Dövlətimizin başçısı antiterror tədbirlərindən dərhal sonra xalqa müraciətində məsələyə ətraflı toxunmuşdu. Ermənistan dövləti isə avantüranı nisgilə çevirməyə qərar vermiş, nəticədə ölkəyə xaricdən Qarabağ ermənilərinə yardım adı ilə maliyyə axını olmuşdu. Yəni erməni iqtidarı insanlığı deyil, ambisiyanı seçmişdi. Görəsən, həmin vaxt Ermənistanın Ombusdman institutu hara baxırdı?

Manasyanın bilavasitə 44 günlük müharibədə insan hüquq və azadlıqlarının pozulması iddiasına gəlincə, onun, yəni Ermənistan dövlətinin təmsilçisi olan bir şəxsin bu haqda danışmağa əsla haqqı yoxdur. Çünki erməni əsgəri suveren Azərbaycan ərazisində ölmüş və ya öldürülmüşdü. İtkin düşənlər də həmçinin. Yeri gəlmişkən, onların bir qrupunun valideynləri və qohumları dünən Ermənistanın Müdafiə Nazirliyinin önündə aksiya keçirib, övladları barədə məlumat tələb ediblər. Haqlıdırlar. Haqlı olmayan isə saxta sentimentalizmi və populizmi işə salan Manasyandır.

Azərbaycanın müharibə dəhşəti yaşantısına gəlincə, bəli, 44 günlük müharibədə şəhidlərimiz oldu, neçə-neçə vətən övladı sağlamlığını itirdi, yəni bəşəri hüquqlarından məhrum oldu. Niyə? Ona görə ki, Ermənistan işğal həyata keçirmişdi və onlar işğala son qoymaq üçün silaha sarılmışdılar. Manasyan isə gərək sussun, çünki ölkəsinin üzərində işğalçı damğası var. Böyük həqiqət budur.

Böyük və acı həqiqət bir milyona yaxın azərbaycanlının təməl hüquqlarından məhrum olaraq, öz yurd-yuvasından zorla qovulması, çadır şəhərciklərində, vaqonlarda ömür sürməsi, yurd həsrəti ilə canını tapşırmasıdır. Acı həqiqət, obrazlı desək, insan arzularının ölümüdür. Çadır şəhərciklərində, vaqonlarda təkcə insanlarımız yox, onların ümidləri də canını tapşırdı. Neçə-neçə tale puç oldu. Üstəlik, işğal və məhrumiyyət otuz ilə yaxın davam etdi.

İndi erməni ombudsman durub 44 günlük müharibədə insan hüquqlarının pozulmasından danışırsa, yada düşən budur: utanmayasan, oynamağa nə var ki? Əlbəttə, Manasyan paylaşımında Azərbaycanın adını çəkmir, ölkəmizə ittiham yağdırmır, ümumi şəkildə fikir bildirir. Qeyd edək ki, belə yanaşma, erməni iqtidarının son illərdəki tərzidir.

Erməni ombudsman təmsil olunduğu komandadakı digərləri kimi, öz növbəsində subliminal mesaj verir. Diqqəti Azərbaycanın 44 günlük müharibədəki üstünlüyünə yönəldir. Axı tipik erməni düşüncəsinə görə, üstün tərəf əzməlidir. Halbuki, ölkəmiz 44 günlük müharibəni beynəlxalq humanitar hüququn bütün şərtlərini yerinə yetirərək apardı. Ermənistan isə Gəncəni, Bərdəni və Tərtəri, o cümlədən bilavasitə döyüş əməliyyatlarının getmədiyi rayonlarımızı, həmin rayonlardakı mülki obyektləri hədəfə götürdü, dinc əhali içərisində tələfat törətdi. Hələ müharibədən sonra 400-ə yaxın vətəndaşımıza zərər vurmuş mina terroru da var. Görəsən, Manasyan bunlardan danışarmı? Axı insan hüquqları ümumbəşəri mövzu olduğundan, gərək danışsın. Amma sadəlövh deyilik, sualımız ritorikdir.

Sonda gələk haqqında söz açdığımız “əmma”ya. Deməli, erməni ombudsman 44 günlük müharibə və insan hüquqları mövzusunu açmaqla, subliminal şəkildə anti-Azərbaycan mesajı verirsə, Ermənistanın dövlət informasiya agentliyi olan “Armenpress” Manasyanın sosial şəbəkə paylaşımına arayış olaraq Azərbaycanın 2020-ci il sentyabrın 27-də “Dağlıq Qarabağa qarşı genişmiqyaslı hücuma başlamasından” yazır. “Armenpress”, həmçinin bildirir ki, “Ermənistan Respublikasının İstintaq Komitəsinin 2022-ci ilin martında dərc etdiyi məlumatlara görə, Azərbaycanın başladığı təcavüz nəticəsində Dağlıq Qarabağda və Ermənistan Respublikasında 3822 hərbi qulluqçu və mülki şəxs həlak olub”.

Yəqin “Azərbaycanın başladığı təcavüz” və “Dağlıq Qarabağ” ifadələrinə diqqət yetirdiniz. Bu fikri tirajlayan Ermənistanın dövlət agentliyidirsə, istər baş nazir Nikol Paşinyanın, istərsə də ölkənin digər rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanınmasına dair bəyanatları əhəmiyyətini itirir. Belə çıxır ki, həmin bəyanatlar riyakarlıqdan başqa bir şey deyil. Rəsmi İrəvan bu cür riyakarlıq əməllərinin Cənubi Qafqazda sülh gündəminə zərər vurduğunu anlamalıdır.

Erməni iqtidarının təmsilçiləri, ən azından, ölkələrində revanşizmə və şovinizmə köklənmiş xəstə kəsimin mövcudluğunu ciddi nəzərə almalıdırlar. Onu da nəzərə almalıdırlar ki, “Armenpress” kimi media orqanlarının arayış olaraq ötəri diqqətə çatdırdıqları məqamlar xəstə kəsim üçün “qida” mənbəyidir. Söhbət gələn ilin parlament seçkilərində Paşinyan administrasiyasını tarixin arxivinə göndərməkdən dəm vuran radikal kəsimdən gedir. Xanım Manasyan əmin olsun ki, bu hadisə baş verəcəyi təqdirdə, nəinki hüquqlarını qoruyan, onu heç insan yerinə qoyan da tapılmayacaq.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see301

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see269

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see251

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see247

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see247

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see242

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see240

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see238

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see229

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see224

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see222

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see215

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see209

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see207

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see201

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see199

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see198

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see196

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see189

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri