Icma.az
close
up
RU
“Açıq Cəmiyyət”in qapalı məqsədləri

“Açıq Cəmiyyət”in qapalı məqsədləri

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İmperiyanın süqutu: demokratiya maskası altındakı xaos planları...

“Rəngli inqilab”ların arxasındakı kölgə itir

XX əsrin sonlarında “Soyuq müharibə”nin yekunlaşması və SSRİ-nin dağılması ilə dünyada yeni geosiyasi vəziyyət formalaşdı. Bu dövrdə qlobal siyasi mühitdə “demokratiya”, “insan haqları”, “vətəndaş cəmiyyəti dəstəyi” kimi nəcib anlayışlar bir çox hallarda geosiyasi təzyiq alətinə çevrilməyə başladı. Formal olaraq “liberal dəyərlərin, azad medianın və şəffaf idarəçiliyin təbliğinə” xidmət etdiyi iddia olunan bir çox hərəkətlənmələr alt qatda ölkələrdə siyasi proseslərə birbaşa müdaxilə, hökumətlərin devrilməsi, xaos və qarşıdurma mühitinin yaradılması kimi ziyanlı fəaliyyətlərlə assossasiya olunurdu. Bunları körükləyən qüvvələr isə bir məqsədə istiqamətlənsələr də fərqli adlar altında çıxış edirdilər - onlardan ən məşhuru və eyni zamanda ən çox mübahisə doğuranı, şübhəsiz ki, Corc Soros və onun yaratdığı “Açıq Cəmiyyət” fondu olub. Sorosun maliyyə şəbəkəsi vasitəsilə həyata keçirilən “rəngli inqilablar” “yumşaq güc” konsepsiyasının real təzahürü kimi çıxış edirdi. Fərqli ölkələrdfə, xüsusilə postsovet məkanında baş verən bir çox hadisələrdə bu fondun izi aydın görünürdü - sonradan isə, bunlar faktoloji şəkildə sübuta yetirildi.

“Köhnəlmiş dəyər”lərə qarşı “qlobal idaetmə” mexanizmi...

Qeyd edək ki, Corc Soros 1980-ci illərdən etibarən “Açıq Cəmiyyət” konsepsiyasını formalaşdıraraq müxtəlif ölkələrdə fondlar yaratmağa başladı. Rəsmi məqsəd “azad düşüncə və demokratik institutların dəstəklənməsi” olsa da, sonradan bu fondların siyasi məqsədlərə xidmət etdiyi üzə çıxdı. Sorosun təsir dairəsi çoxşaxəli idi: qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi, media layihələrinin idarə olunması, seçkilər öncəsi cəmiyyətlərdə narazılıq yaratmaq, gənclər hərəkatlarını radikallaşdırmaq və “demokratiya” adı altında idarəetmə sistemlərini sarsıtmaq əsas fəaliyyət istiqamətləri idi. Fondun büdcəsi ildə milyardlarla dollara çatırdı. Bu vəsaitlərin mühüm hissəsi ABŞ və Avropa maliyyə dairələri tərəfindən yönəldilir, sonra isə müxtəlif regionlarda “ictimai layihə” adı altında siyasi təsir vasitəsinə çevrilirdi. Sorosun “Açıq Cəmiyyət” modeli milli sərhədləri, dini və mədəni kimlikləri “köhnəlmiş dəyərlər” kimi təqdim edir, bunun əvəzində “qlobal idarəetmə” konsepsiyasını irəli sürürdü. Əslində bu, suveren dövlətlərin qərarvermə azadlığını məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş ideoloji alət idi.

2000-ci illərin əvvəllərindən etibarən Soros fondu və onun tərəfdaş şəbəkələri Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada ardıcıl şəkildə “rəngli inqilablar” ssenarisini həyata keçirməyə başladılar. Bu inqilabların mahiyyəti eyni idi: seçkilər öncəsi “demokratik müxalifət” adı altında təşkil olunan qruplar, xarici mediada aparılan təbliğat kampaniyaları, gənclərin küçə etirazlarına səfərbər olunması və dövlət institutlarına təzyiq mexanizmləri. Nəticədə, bəzi ölkələrdə hakimiyyət dəyişikliyi baş verdi, lakin bu “inqilablar”ın ardınca heç bir real demokratik islahat aparılmadı. Əksinə, həmin dövlətlərdə iqtisadi böhran, siyasi qeyri-sabitlik və xarici asılılıq daha da artdı. Sorosun şəbəkəsi bu yolla həm də yeni “asılı elitalar” formalaşdırırdı - yəni qərb maliyyəsinə bağlı, milli maraqlardan uzaq, xaricdən idarə olunan siyasi qruplar. “Rəngli inqilab” anlayışı beləliklə, demokratiya deyil, geosiyasi manipulyasiyanın sinoniminə çevrildi.

Sistemə ən böyük zərbə...

Soros Fondunun əsas məqsədi heç də sivil dəyərlərin yayılması deyil, müəyyən siyasi çevrələrin maraqlarını təmin etmək, milli dövlətlərin suveren qərarvermə sistemlərini zəiflətmək və xaricdən idarə olunan “liberal şəbəkələr” formalaşdırmaq idi.  Onun “qlobal açıq cəmiyyət” ideyası əslində milli kimlikləri, ənənəvi dəyərləri və dövlət suverenliyini arxa plana keçirən, qlobal idarəetmə modelinə xidmət edən bir konsepsiya kimi xarakterizə olunurdu. ABŞ daxilində belə, Sorosun fəaliyyəti uzun illər narazılıq doğurub, buna qarşı fərqli münasibət sərgilənirdi. Məsələn, Donald Tramp həm ilk, həm də ikinci prezidentliyi dövründə fondun maliyyə resurslarını siyasi manipulyasiya vasitəsi kimi ifşa edərək bu qurumun ABŞ-ın daxili və xarici siyasətinə mənfi təsirlərini açıq şəkildə bəyan etmişdi. Trampın prezidentliyi dövründə aparılan siyasət nəticəsində Soros şəbəkəsinin bir çox təsir kanalları məhdudlaşdırıldı, onun maliyyələşdirdiyi  strukturlara qarşı hüquqi və informasiya mübarizəsi başlandı.

2016-cı ildə Donald Trampın ABŞ-da prezident seçilməsi Soros sisteminə ən böyük zərbə olmuşdu - Tramp açıq şəkildə bəyan edirdi ki, ABŞ-da “dərin dövlət” deyilən strukturlar ölkə siyasətini gizli şəkildə yönəldir və Soros bu sistemin maliyyə dayaqlarından biridir. Tramp administrasiyası dövründə bir çox beynəlxalq QHT-lərin və Sorosla əlaqəli qurumların maliyyələşməsi məhdudlaşdırıldı. Onun çıxışlarında “süni demokratiya ixracı” siyasətinin ABŞ-a və dünyaya zərər vurduğu dəfələrlə vurğulanırdı. Trampın siyasi kursu nəticəsində Sorosun ABŞ daxilindəki təsir gücü azaldı, onun fondu bir çox regionlarda fəaliyyətini ixtisar etməyə məcbur oldu. Media məkanında da bu fondun gizli maliyyə axınları, seçkilərə dolayısı müdaxilələri və siyasi təsir mexanizmləri ifşa olundu.

Bayağı imperializmin pərdəsi...

Trampın ikinci prezidentliyi dövrü  isə Soros Fondunun  qürubunu reallaşdırdı. Bu yaxınlarda ABŞ-da onlarla prokuror Corc Soros və onun strukturlarının fəaliyyətini araşdırmaq üçün Ədliyyə Departamentindən göstərişlər alıblar. Son qırx il ərzində bu milyarder bayağı imperializmə pərdə rolunu oynayan psevdoliberal ideologiyanın təbliğində əsas rol oynayıb. Onun pulları milli dövlətlərdə sabitliyi pozmaq üçün istifadə edilib, bu da Sorosun fondlarının çoxsaylı qeyri-Qərb ölkələrində, o cümlədən Azərbaycanda məhdudiyyətlərlə üzləşməsinə gətirib çıxarıb. “Caliber.az” saytında nəşr olunan analitik yazıda bildirilir: “Amma iş Qərbin özünə toxunana qədər etirazlara məhəl qoyulmurdu və sübutlar uydurma elan edilirdi. Qərbdən kənarda siyasətə qeyri-qanuni müdaxilə üsullarını təkmilləşdirən Soros bu ənənəni artıq Qərb siyasətinə köçürürdü. Bu gün Tramp Qərbdən kənarda olan dövlətlərə çoxdan məlum olanı deyir: Sorosun xeyriyyə pullarının, yumşaq desək, demokratiya və insan haqları ilə şübhəli əlaqəsi var”.

Son qalmaqal - kaliforniyalı qubernatora 10 milyon dollar...

Ağ Evin Sorosun fəaliyyətinə indiki kəskin reaksiyası baş verən son qalmaqalla bağlıdır. Sentyabrın ortalarında Soros Kaliforniya ştatının qubernatoruna müxalif Demokratlar Partiyasının maraqlarına uyğun olaraq ştatın seçki dairələrinin yenidən qurulması üçün 10 milyon dollar bağışlayıb. Qubernator Qavin Nyusom təcili olaraq siyasi kampaniyaya başlamaq üçün kifayət qədər vəsait toplamalı idi - bu işə Soros həlledici məbləğdə töhfə verib. Bu, respublikaçılar üçün son damla oldu. Onlar dəfələrlə qeyd ediblər ki, Sorosun pulları Demokratlar Partiyası daxilində sol-liberal qüvvələrin müxtəlif kampaniyalarını maliyyələşdirmək üçün istifadə olunub. Məsələn, o, Viskonsin Ali Məhkəməsinə seçkilərdə Demokratların bəyəndiyi hakimin təyin edilməsi üçün 2 milyon dollar bağışlayıb.

Soros Trampın yenidən prezident seçilməməsi üçün iddialar hazırlayan Manhettenin prokuroru Elvin Breqqi də dəstəkləyib. Bu isə onu sübut edir ki, Sorosun manipulyasiyaları ilə bağlı müzakirələr hələ Trampın yenidən prezident seçilməsindən əvvəl başlamışdı. Tramp vəziyyəti uzun müddət susqunluqla müşahidə etdi - avqust ayında isə sosial şəbəkədə yazdı: “Soros və onun psixopatlar qrupu ölkəmizə çox böyük ziyan vurdular! O cümlədən Qərb Sahilindəki çılğın dostları (Kaliforniyanı nəzərdə tutur)”.

Tramp daha sonra aydınlaşdırdı: “Corc Soros və onun radikal solçu oğlu ABŞ-da zorakı etirazları və daha çox məsələləri dəstəkləməkdə reketlərin təsirinə düşmüş və korrupsiyaya uğramış təşkilatlar haqqında qanunlara əsasən ittiham edilməlidirlər.” Hazırda Soros və onun təşkilatlarına qarşı ciddi cinayət işləri açılır.

Pulla idarəetmə - Harrisin seçki maliyyəsi...

Məqalədə bildirilir ki, Sorosun fəaliyyətinə bu reaksiya problemin böyük ölçüdə ortada olmasından gəlir. Sorosun pulu ilə qidalanan müxalifətin Kaliforniya kampaniyası açıq şəkildə hakim Respublikaçılar Partiyasının digər ştatlarda, ilk növbədə Texasda problemlərin həlli cəhdlərinə qarşı dirənişə yönəlib.

Sentyabrın 13-də mühafizəkar fəal və prezident Trampın tanınmış tərəfdarı Çarli Kirk öldürüləndə məlum oldu ki, siyasi ehtirasların qızışdırılması boş yerə deyilmiş - Amerika lideri isə çıxışında birlik çağırışı və müxalifətin təxribat xarakterli fəaliyyətinə işarə etdi - O, Corc Sorosun fəaliyyətinin də bu kontekstdə araşdırılmasının zəruriliyindən danışdı.

Vurğulanır ki, Sorosun siyasətə müdaxilə etmək üçün kifayət qədər resursları var. Onun təsis etdiyi xeyriyyə təşkilatı adlandırılan Açıq Cəmiyyət Fondunun sərəncamında 25 milyard dollar var. Fond özünün “xeyriyyəçi” olmasına baxmayaraq, bütün dünyada radikal siyasi oyunlar oynayıb. 2022-ci ildə 95 yaşlı Corc Soros öz fondunu oğlu Aleksə təhvil versə də, əslində o, fəaliyyətini davam etdirib. “Soros sadəcə zəngin deyil; o, liberal elitalarla sıx əlaqələri sayəsində varlanıb, onların qlobal planlarına uyğunlaşıb. Onun 1990-cı illərdə Britaniya funtu ilə spekulyativ əməliyyatını xatırlayaq - öz manipulyasiyaları ilə dalğalanmaya səbəb oldu və bir gündə bir milyard dollardan çox gəlir əldə etdi. CNN-in köşə yazarları Fil Mettinli və Ceremi Herbin qeyd etdiyi kimi, “Bu hərəkətlər İngiltərə Bankını diz çökdürdü və illər boyu Britaniya siyasi iqtisadiyyatını sarsıdacaq əks-səda verdi”, -deyə qeyd edilən məqalədə o da vurğulanır ki, Soros buna sol-liberal elitalarla əlaqələri sayəsində nail olub. Keçmiş prezident Co Bayden hətta onu “mütərəqqi və demokratik fəaliyyətlərə” verdiyi töhfələrə görə onu Azadlıq medalı ilə təltif etdi. Soros seçkilərdə Trampın rəqibi olan Kamala Harrisin prezidentlik kampaniyasının ən böyük dəstəkçisi və maliyyələşdirəni olmuşdu.

Sorosun “qohumluq” planları...

Bildirilir ki, Soros ABŞ-ın liberal elitalarının layihələri üçün nəinki əsas maliyyə dəstəyini təmin etdi, həm də onların yüksək səviyyəli nümayəndələri ilə sıx əlaqə qurmağa başladı. Məsələn, oğlu Aleksi Demokratlar Partiyasının lideri Hillari Klintonun yaxın adamı Huma Abedinlə evləndirdi. Huma uzun illər Demokratik Partiyanın ən mühüm qərarlarının verilməsində iştirak etməyib - araşdırmaçılar onun ən yaxın qohumlarından bir neçəsinin “Müsəlman Qardaşları”nın üzvləri olduğunu aşkar ediblər. Təşkilatın “özünəməxsus təbiəti”ni nəzərə alsaq, Humanın da bu cür fəaliyyətlərlə məşğul olmasından şübhələnmək üçün əsas var. Bu, Sorosun fəaliyyətini əhatə edən rəngarəng alyanslara cavabdır.

Məqalədə göstərilir ki, Qərbin liberal elitasının uzun müddətdir təşviq etdiyi hal artıq Qərbin özü üçün bumeranqa çevrildi. Sabitliyi pozan etirazlarla birləşən seçki manipulyasiyası texnologiyası artıq Avropada sınaqdan keçirilirdi. Hər şey Şərqi Avropa və Asiyada məxməri və “rəngli inqilab”larla başladı - lakin son bir neçə onillikdə Sorosun təşkilatları bu cür əməliyyatları kollektiv Qərb daxilindəki ölkələrə daşımağa başladılar.

Onilliklər ərzində Soros strukturları dünyanın bir çox ölkəlində həqiqi siyasi səhnəni məhv edir, istedadlı siyasətçiləri, jurnalistləri və ziyalıları satın alırdılar. Sadəcə, qəpik-quruşlar müqabilində onlar psevdoliberal ideologiyanın qulluqçusuna çevrildilər. Eyni zamanda cəmiyyətlərdə və dövlətlərdə sabitliyi pozan siyasi koalisiyalar, sövdələşmələr qurdular. Və son illərdə “liberal layihə” qlobal miqyasda iflasa uğradıqca, “Sorositlərə” tənqidi yanaşmağa başlanıldı.

Soros ifşa olunur - Qərb fondun “simasını” açır...

“Caliber.az”ın məqaləsində göstərilir ki, Azərbaycanda 1997-ci ildən “Açıq Cəmiyyət - Azərbaycan” Soros İnstitutu fəaliyyət göstərib. Lakin bu fəaliyyətin dağıdıcı tərəfləri çox keçmədən özünü büruzə verib və Azərbaycan hökuməti bununla barışmadı - fond 2010-cu ildə öz fəaliyyətini məhdudlaşdırdı, 2014-cü ildə isə Bakı ofisi fond tərəfindən bağlandı.

Sonradan şübhəli layihələrə qarşı müvafiq istintaq hərəkətlərinə başlanılıb. Cavab olaraq Soros Qərbdən Bakı ilə dostluq münasibətlərinə son qoymağı tələb edib və bəyan edib: “Bir ölkəyə, təəssüf ki, Qərb çox mehriban davranır - bu, Azərbaycandır”.

Bu çağırışın heç bir təsiri olmadı, çünki o vaxta qədər Sorosun “idealist xeyriyyəçi” cazibəsi solmuşdu. Məhz o zaman Türkiyə hakimiyyəti 2013-cü ildə Sorosun etiraz aksiyalarının maliyyələşdirilməsində iştirakını üzə çıxardı. Artıq Şərqi Avropa, eləcə də postsovet ölkələri bir-birinin ardınca Sorosun yerli ofislərini bağlamağa başladılar. Ötən il Sorosun Qırğızıstanda yerləşən yerli ofisi dövlətin QHT-lərin şəffaflıq qanununa əməl etməli olması ilə bağlı qanununa imtina edərək fəaliyyətini dayandırdı.

Aİ-də də Sorosa qarşı tənqidlər başladı - 2017-ci ildə hətta Macarıstanın baş naziri Viktor Orban Sorosun əleyhinə çıxış edərək onu “hücum edən Amerika maliyyə spekulyatoru” adlandırdı və Sorosun “Mərkəzi Avropa Universiteti”ni ölkədən qovdu.

Bu yaxınlarda İtaliya baş nazirinin müavini Matteo Salvini milyarderi qanunsuz miqrant alverini asanlaşdıran QHT-ləri dəstəkləməkdə ittiham edib. Salvini deyib: “O, İtaliyanı qaçqın düşərgəsinə çevirmək istərdi, çünki qulları xoşlayır”.

Bu təşkilatların ləğvi...

Məqalədə o da bildirilir ki, Sorosun təşkilatları ilə bağlı indiki Amerika təhqiqatı davam edir - USAİD və Azadlıq Radiosu kimi və ya onun pərdəsi altında Soros fondları kimi inşa edilən zəhərli strukturlar ləğv olunur. Bildirilir ki, bu strukturlar Demokrat Partiyasının və onun qlobal sol-liberal müttəfiqlərinin qalalarına çevrilib. Bu kimi strukturların ləğvi isə ABŞ-a heç bir çətinlik törətməyəcək. Çünki həmin təşkilatların qlobal imici həddən artıq aşağıdır və funksionallığı köhnəlib. Əksinə, belə strukturların yoxa çıxması ABŞ-ın dövlətlərarası münasibətlərinin canlanmasına töhfə verəcək.

Sadiq İSMAYILZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Oktyabr 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri