Mançester Siti ilə bağlı qərar bu tarixdə veriləcək
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Mançester Siti" rəhbərliyi klubu "Maliyyə Feyr-Pleyi" qaydalarının çoxsaylı pozuntularında təqsirli bilən müstəqil komissiyanın qənaətləri ilə razılaşmadığını bildirib.
Sportal.az xəbər verir ki, klub oktyabrın 1-də qərardan rəsmən şikayət verib.
"The Times" qəzetinin Müstəqil Futbol Tənzimləyicisinin rəhbəri Devid Koqana istinadən verdiyi məlumata görə, bu səs-küylü iş üzrə yekun qərarın 2027-ci ilin əvvəllərində verilməsi gözlənilir. O qeyd edib ki, apellyasiya prosesi məcburi 12 həftəlik proseduru əhatə edir. Bu isə o deməkdir ki, dinləmələr və komissiyanın yekun qərarı yanvarın ortaları və ya sonlarında baş tutmalıdır.
Öz növbəsində, İngiltərə Premyer Liqasının rəhbərliyi bütün hüquqi proseslərin 2026/27 mövsümü başa çatmazdan əvvəl yekunlaşdırılmasında israr edir.
Əgər klub apellyasiya prosesində uduzsa, ən sərt idman sanksiyaları ilə üzləşə bilər. KİV-də "şəhərlilər"in böyük miqdarda xalının silinməsi, çempionluq titullarının əlindən alınması və hətta Premyer Liqadan kənarlaşdırılma kimi mümkün ssenarilər qeyd olunur.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 14 Oktyabr 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















