“Mançester Siti” Livramentonu almaq üçün pul və oyunçu təklif etməyə hazırdır
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Mançester Siti” “Nyukasl”ın sağ cinah müdafiəçisi Valentino Livramento ilə maraqlanır.
İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, “şəhərlilər” bu qış 23 yaşlı futbolçunu transfer etməyə cəhd edə bilərlər.
Mənbənin məlumatına görə, “Mançester Siti” Livramento üçün müqaviləyə pulla yanaşı, qapıçı Ceyms Traffordu da daxil etməyə hazırdır. “Sağsağanlar”ın 23 yaşlı qapıçı ilə maraqlandığı bildirilir. “Nyukasl” əvvəllər “Mançester Siti” akademiyasının məzununa yaxın olanlarla əlaqə saxlamışdı.
Trafford ötən yay “Siti”yə qoşulub və rəqabətdə Canluici Donnarummaya uduzub. İngilis futbolçu bu mövsüm bütün yarışlarda 450 dəqiqə oynayıb. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 21 Noyabr 2025 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















