Mançester Siti yə ağır cəza gözlənilir
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
"Mançester Siti" klubu şok cəza ilə qarşılaşa bilər.
Milli.Az xəbər verir ki, "talkSPORT" radiosunun aparıcısı Alan Brazil Mançesterdəkı mənbələrinə istinadən bildirib ki, maliyyə qaydalarının pozulması ilə bağlı araşdırmalar və çıxarılan qərarlar fonunda "Mançester Siti" 60 xallıq cəza ilə üz-üzə qala bilər.
Alan Brazil efirdə iki fərqli mənbədən 60 xallıq bir cəzanın müzakirə olunduğunu eşitdiyini və bunun böyük ehtimalla növbəti mövsümə tətbiq oluna biləcəyini qeyd edib.
Futbol ictimaiyyətində və digər ekspertlər arasında bu iddia müzakirələrə səbəb olub. Bəzi dairələr bu cəzanın yetərli olmayacağını, klubun birbaşa daha sərt sanksiyalarla və ya liqadan kənarlaşdırılma ilə qarşılaşmalı olduğunu müdafiə edirlər.
"Mançester Siti" rəhbərliyi ittihamlarla bağlı apellyasiya şikayəti verib və günahsız olduğunu müdafiə etməyə davam edir. Hələlik rəsmi qurumlar tərəfindən tətbiq olunmuş 60 xallıq cəza ilə bağlı rəsmi qərar açıqlanmayıb. (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 08 Oktyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















