Mançester Yunayted ÇL nin gələn mövsümünə vəsiqə qazandı
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mançester Yunayted" İngiltərə Futbol Çempionatının 35-ci turunda evdə "Liverpul"u 3-2 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının gələn mövsümündə iştirak hüququ qazanıb.
Redaktor.az xəbər verir ki, qarşılaşma "Old Trafford"da baş tutub.
Qələbə qollarını Mateus Kunya (6-cı dəqiqə), Benyamin Şeşko (14) və Kobbi Meyno (77) vurub. Məğlub komandadan Dominik Soboslai (47) və Kodi Qakpo (56) fərqlənib.
"Mançester Yunayted"in 64 xalı var və liqa turnir cədvəlində üçüncü yerdədir. İngiltərə Premyer Liqasının ilk beş komandası Çempionlar Liqasının gələn mövsümündə iştirak edəcək.
Altıncı yerdə qərarlaşan "Bornmut"un 52 xalı və üç oyunu qalıb. "Liverpul" isə 58 xalla dördüncü yerdədir.
Baxış sayı:200
Bu xəbər 03 May 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















