Mançester Yunayted in Tonali ilə bağlı ilk cəhdi nəticəsiz qaldı
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Mançester Yunayted" "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonaliyə maraq göstərir. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" artıq oyunçuya olan marağını təsdiqləyib və onun agentləri ilə ilkin əlaqə saxlayıb.
Lakin heç bir razılaşma əldə edilməyib və danışıqlar irəliləməyib. "Nyukasl"da bu yay Tonalinin daha bir neçə klubun transfer siyahısında yer alacağını düşünürlər.
Qeyd edək ki, italyan futbolçu bu mövsüm bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 80 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:Mançester Yunayted də Sandro Tonali səfərbərliyi başladı
29 Mart 2026 20:58
“Mançester Yunayted” Tonali, Diomande, Ruerson və Andersonla maraqlanır
06 Mart 2026 00:26
“Mançester Yunayted”in arzusu ürəyində qaldı
16 Avqust 2025 11:59
Mançester Yunayted uduzdu
27 Dekabr 2024 00:38
“Mançester Yunayted” böyük
20 Yanvar 2025 19:47
Baxış sayı:113
Bu xəbər 30 Mart 2026 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















