Maqadandakı kömür mədənində 4 nəfərin meyiti aşkarlandı
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Rusiyanın Maqadan bölgəsindəki kömür mədənində aparılan axtarışlar zamanı dörd nəfərin meyiti tapılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
"Mayın 3-də Susumanski şəhər rayonunda axtarış-xilasetmə əməliyyatları zamanı dörd nəfərin meyiti aşkar edilib. İlkin məlumata görə, dağıntılar altında səkkiz nəfərə qədər insan qala bilər", - deyə açıqlamada bildirilir.
Qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatları gecə-gündüz davam edir.
Xatırladaq ki, aprelin 30-da Maqadan bölgəsindəki Kadıkçanski açıq kömür mədənində sel nəticəsində qaya kütləsi uçqunu baş verib.
Baxış sayı:117
Bu xəbər 03 May 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















