Icma.az
close
up
RU
Maqnit qasırğası Səssiz təhlükə Azərbaycanın ən çox bu bölgələrində HİSS OLUNUR

Maqnit qasırğası Səssiz təhlükə Azərbaycanın ən çox bu bölgələrində HİSS OLUNUR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda zamanla müşahidə olunan maqnit qasırğaları bir çox vətəndaşın sağlamlığına ciddi təsir göstərir. Bu qasırğalarının ən intensiv dövrləri ilin yaz və payız aylarına təsadüf edir. Bu zaman ürək-damar xəstəlikləri, yüksək təzyiq problemi yaşayan insanlarda vəziyyət ağırlaşır. Nəticədə ani infarkt və insult riskləri müşahidə edilir. Həmçinin maqnit qasırğaları müəyyən psixiatrik xəstəlikləri, eləcə də şəkərli diabet kimi xroniki problemləri olan şəxslərdə də fəsadlar yarada bilir.

Bu fikirləri Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov Modern.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, maqnit qasırğalarının mənşəyi birbaşa Günəşin fəallığı ilə bağlıdır. Vaxtaşırı Günəşdə baş verən qeyri stasionar hadisələr - alışmalar, plazma küləyi fəzaya çox böyük miqdarda plazma maddəsi yayır. Nəticədə bu cür qərarlaşmamış hadisələrin bəziləri Yer planetinə doğru yönəlir və sonda plazma seli böyük sürətlə Yerin maqnitosferinə daxil olur.

Ekspert deyib ki, plazma selini təşkil edən ion və elektronlardan ibarət olan zərrəciklər Yerin maqnitosferində həyəcanlanma yarada bilir. Belə həyəcanlanma ionosferin formasına təsir edir, Yerdə radiorabitə küyləri yaradır, buna maqnit qasırğası deyilir. Nəticədə Yer səthində yaşayan canlı orqanizmlər, o cümlədən insanlar da bu cür qasırğaların təsirinə məruz qalır.

“Yaranma mənşəyindən bəlli olduğu kimi, Günəş fəallığı xaotik formada baş verdiyindən, yerdəki maqnit qasırğaları da xaotik, yəni pərakəndə xarakter dayışır. Yəni maqnit qasırğalarının ölkəmizdə, eləcə də Yer kürəsində istənilən vaxt baş verəcəyi gözləniləndir”,-deyə o söyləyib.

Maqnit qasırğasına fiziki cəhətdən sağlam olan insanlar bir o qədər də həssaslıq göstərmir. Lakin əksər hallarda ürək, qan-damar, hipertoniya xəstəliyi olan insanlar maqnit qasırğaları zamanı səhhətlərində müxtəlif fəsadlar hiss edə bilərlər. Bununla yanaşı, aritmiya, endokrin xəstəlik daşıyıcıları, xroniki yorğunluq yaşayan şəxslərdə kəskin ağırlaşmalar hiss olunur. Belə şəxslər güclü maqnit qasırğaları zamanı açıq havada deyil, sakit halda istirahət etmələri daha uyğundur.

Nəriman İsmayılov qeyd edib ki, ölkə ərazisində ən çox maqnit qasırğalarının baş verdiyi bölgələrə Bakı, Abşeron yarımadası və Xəzərsahili zonalar aid edilir. Ən az isə, dağlıq və təmiz ərazilər Quba, Qəbələ, Lerik, Şəki və başqaları aiddir.
Zərif Sofiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 May 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri