Marcale Lotts: “Ordu”ya keçməklə yenidən yüksək səviyyədə oynayacam” İdman və Biz
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Ordu”ya keçməyim xeyrimə oldu”.
İdman.biz xəbər verir ki, bunu “Ordu”nun basketbolçusu Marcale Lotts klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Bakı təmsilçisinin 31 yaşlı yeni transferi bildirib ki, artıq adaptasiyanı arxada qoyub: “Komanda yoldaşlarımla bir-birimizə yaxşı uyğunlaşmışıq. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərliyi ilə oynamaq şansını əldən buraxa bilməzdim. Onun basketbol fəlsəfəsi xoşuma gəlir və hesab edirəm ki, çalışdırıcının taktiki sxemində özümü yaxşı tərəfdən göstərəcəyəm. Əla heyətimiz var. Bu mənə əlavə motivasiya verir. Fikrimcə, “Ordu”ya keçməklə yenidən yüksək səviyyədə oynaya biləcəyəm”.
Qeyd edək ki, amerikalı basketbolçu “Ordu”ya “Sərhədçi”dən keçib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 23 Yanvar 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















