Margus Tsahkna: Mümkün Rusiya işğalına hazırıq
Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Estoniyanın Avropanın ən həssas ölkələrindən biri olması barədə yayılan xəbərlər "saxta xəbərlərdir", Estoniya Xarici İşlər Naziri Margus Tsahkna DW-yə verdiyi müsahibədə bildirib.
"Nə edəcəyimizi dəqiq bilirik. Mümkün Rusiya işğalına hazırıq və çəkindirmə səviyyəsi həqiqətən yüksəkdir", - deyə o bildirib.
Estoniyanın potensial Rusiya işğalının ilk hədəflərindən biri hesab edilməsi ilə bağlı suala cavab olaraq Tsahkna etiraf edib ki, sadəcə xəritəyə baxsanız, "bu, çox məntiqlidir". "Amma real həyatda biz imkanlarımızı əhəmiyyətli dərəcədə artırırıq. Düşünürəm ki, NATO həmişəkindən daha güclüdür. Artıq yeni müdafiə planlarımız var və bu o deməkdir ki, biz sadəcə gözləmirik. Rusiya ərazimizə hücum edib müqavimət göstərməyə başlasa, müharibəni Rusiya ərazisinə gətirəcəyik", - deyə Estoniya xarici işlər naziri xəbərdarlıq edib.
Bu kontekstdə o, "siyasi iradə"dən narahatdır. Nazir etiraf edib ki, "Biz Avropadan, Avropanın qərar verməyə, ayağa qalxmağa, daha güclü olmağa hazır olub-olmamasından narahatıq".
Estoniya xarici işlər naziri Rusiya prezidenti Vladimir Putinlə danışıqları plansız səhv adlandırıb. "Biz bu siyasəti onilliklərdir ki, Avropada həyata keçiririk. Bəs nəticə nədir? Daha çox müharibə, daha da aqressiv Rusiya. Buna görə də, Avropa İttifaqı üçün xüsusi elçi axtarmağa başlamaq və həmin elçini indi Kremlə göndərmək tamamilə səhvdir, çünki o, alçaldılmış, daha da zəifləmiş şəkildə qayıdacaq və eyni zamanda Ukraynanın mövqeyini zəiflədəcək", - deyə Tsaxkna bildirib.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 16 Fevral 2026 07:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















