Marine Le Penin məhkumluğu: Milli Birlik partiyası cavab hazırlayır
Azertag saytına istinadən Icma.az xəbər verir.
Paris, 2 aprel, AZƏRTAC
Dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunduqdan sonra Marine Le Pen 2027-ci il prezident seçkilərində iştirak etmək üçün bütün mümkün müraciət yollarından istifadə etmək niyyətində olduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, seçkilərdən məhrum olunma sarsıntısından sonra Marin Le Pen mübarizəni davam etdirəcəyini və cavab hazırladığını bildirib. İslah məhkəməsinin qərarından sonra Paris Apellyasiya Məhkəməsi 2026-cı ilin yayında prosesə baxacağını elan edib. Bu tarix Milli Birlik (RN) partiyasının liderinə yenidən ümid verib. Ancaq o, bununla kifayətlənmir və 2027-ci il prezident seçkiləri üçün təşviqat aparmağa ümid edir. “Mən bütün mümkün müraciət yollarından istifadə edəcəyəm. Bunun qarşısının alınmasına icazə verməyəcəyəm”, - deyə Marine Le Pen xəbərdarlıq edib.
Milli Birlik partiyası aprelin 6-na böyük nümayiş keçirəcəyini planlaşdırıb. RN tərəfdarları Marine Le Penin seçki dairəsi olan Henin-Beaumontda (Pas-de-Calais) vərəqələr paylayırlar. Onların əksəriyyəti Parisə getməyə hazır olduqlarını deyiblər. RN qrupunun prezidenti aprelin 6-da mitinqdə çıxış edəcək. RN-nin başlatdığı petisiya aprelin 2-də artıq 300 mindən çox imza toplayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 02 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















