Icma.az
close
up
RU
Mark Zukerberq rəqiblərinə çatmaq üçün süni intellekt üzrə yeni ekspert komandası formalaşdırır

Mark Zukerberq rəqiblərinə çatmaq üçün süni intellekt üzrə yeni ekspert komandası formalaşdırır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 iyun, AZƏRTAC

“Meta” şirkətinin baş direktoru Mark Zukerberq süni intellektin (AI) inkişafında mövcud boşluqları aradan qaldırmaq məqsədilə şəxsi nəzarəti altında yeni ekspert komandası formalaşdırır.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Mark Zukerberq “Superintellekt qrupu” adlandırılan daxili komandaya təxminən 50 nəfərin, o cümlədən süni intellekt üzrə yeni tədqiqat rəhbərinin cəlb olunmasını planlaşdırır. “LLaMA 4” süni intellekt modelinin ictimaiyyət tərəfindən zəif qarşılanmasından sonra “Meta” rəqibləri ilə ayaqlaşmaq məqsədilə 14,3 milyard dollara “Scale AI” şirkətinin 49 faizini satın alıb və onun baş direktoru Aleksandr Vanı işə götürüb.

Zukerberq işə qəbul prosesinin böyük hissəsini şəxsən həyata keçirir. O, son həftələrdə özəl iqamətgahlarında, yəni Leyk-Taho və Palo-Altoda süni intellekt sahəsində tədqiqatçılar, infrastruktur mühəndisləri və startap təsisçiləri ilə görüşlər keçirib. Menlo-Parkdakı “Meta” qərargahında isə yeni komandanın onun kabinetinə yaxın yerləşməsi üçün iş məkanlarında dəyişikliklər edilib.

“Scale AI” şirkəti “Google”, “OpenAI” və digər iri AI inkişafetdirici şirkətlərin podratçısı qismində çıxış edir. O, tərəfdaşlara təqdim olunan məlumatların etiketlənməsi xidmətləri göstərərək modellərin öyrədilməsi prosesində iştirak edir. Bu işin böyük hissəsi ABŞ-dan kənarda ucuz işçi qüvvəsi tərəfindən yerinə yetirilsə də bu, AI inkişafının əsas mərhələsidir.

Əldə edilmiş razılaşmaya əsasən, Aleksandr Van “Meta”nın baş direktoru Mark Zukerberqə birbaşa tabe olacaq. O, “Meta”nın süni intellekt üzrə yeni laboratoriyasına rəhbərlik edəcək, əsas məqsəd isə “superintellekt” yaratmaqdır. Van eyni zamanda “Scale AI” şirkətinin direktorlar şurasındakı yerini də qoruyub saxlayacaq. “Yaxın həftələrdə bu təşəbbüslər və komandamıza qoşulan möhtəşəm insanlar haqqında ətraflı məlumat verəcəyik”, – deyə “Meta” şirkətindən bildirilib.

“LLaMA 4” modelinin buraxılışı cəmiyyətdə məyusluq doğurdu və “Meta” şirkəti “Google”, “OpenAI”, “Anthropic” və “DeepSeek” kimi rəqiblərindən geri qaldı. Yeni nəsil modellərin buraxılışı bir neçə dəfə təxirə salınıb, üstəlik “Meta”nın AI modelini real imkanlarından daha güclü göstərmək üçün liderlərin ictimai cədvəlləri ilə manipulyasiya etdiyi iddia olunur. Şirkət aprel ayında elan etdiyi ən böyük və bahalı model olan “LLaMA 4 Behemoth” versiyasını hələ təqdim etməyib.

2025-ci ildə “Meta”nın qarşısına qoyduğu iki əsas prioritet var: “Meta AI” çat-botunu “aparıcı fərdi süni intellekt”ə çevirmək və “tam funksional güclü süni intellekt” (full general intelligence) yaratmaq. Zukerberq “Meta AI” istifadəçilərinin aylıq sayının 1 milyarda çatdığı ilə öyünsə də, bu göstəriciyə “Instagram”, “WhatsApp” və “Facebook” platformalarına inteqrasiya edilmiş çat-botun rolu mühüm təsir göstərib. Aprel ayında ayrıca “Meta AI” tətbiqi də istifadəyə verilib. Sosial lent vasitəsilə funksiyaları nümayiş etdirilən bu tətbiq qısa müddət ərzində “App Store”un liderliyini ələ keçirsə də, orada möhkəmlənə bilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri