Icma.az
close
up
RU
Marketlərdə 3 manata kürü satılır Mütəxəssisdən XƏBƏRDARLIQ

Marketlərdə 3 manata kürü satılır Mütəxəssisdən XƏBƏRDARLIQ

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının market və mağazalarında Rusiyadan və Ukraynadan gətirildiyi iddia olunan, olduqca ucuz qiymətə qara və qırmızı kürü satılır. Paytaxtın ticarət obyektlərində bu məhsulu hətta 3-4 manata da almaq mümkündür.

Kürü az tapılan və kifayət qədər mahalı nemət sayılır. Bəs Bakıda kürü adına satılan nədir?

Maraqlıdır ki, istehlakçılar saxta olduğunu bildikləri halda belə bu məhsullara böyük maraq göstərirlər.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan qida mütəxəssisi Ağa Salamov bildirib ki, bu cür ucuz kürü məhsulları adətən süni yolla hazırlanır:

“Mən özüm də balzamik sirkədən vaxtilə kürü hazırlamışam. Həmin kürünü pendirlərin üzərində dekorativ məqsədlə təqdim edirdim. Bu proses molekulyar mətbəx texnologiyalarına əsaslanır. Molekulyar mətbəx çox müasir və peşəkar bir yanaşmadır”.

Onun fikrincə, istehlakçılar qiymət və keyfiyyət məsələsində özləri qərar verməlidirlər: “Əgər bir məhsul ucuz satılırsa, bu, adətən onun təbii olmadığını göstərir. Yəni həmin məhsul nədənsə əldə olunub.

Məsələn, süni yolla hazırlanan kürülər var. Demək olar ki, hər cür mayedən kürü hazırlamaq mümkündür - hətta enerji içkilərindən və meyvə şirələrindən belə. Bu o demək deyil ki, balıq dadı verəcək. Öz dadı olacaq, sadəcə kürü formasında təqdim ediləcək.

Kürü dadı əldə etmək üçün tərkibinə kürü ekstraktı əlavə olunur. Həmçinin balıq ekstraktları, dadlandırıcılar və gücləndiricilərdən istifadə edilir ki, bu da məhsula balıq dadı verir. Təbii ki, allergiyaya meyilli və həssas insanlar bu məsələdə diqqətli olmalıdırlar”.

Mütəxəssis söyləyib ki, burada əsas istifadə olunan maddə alginatdır:

“Alginat dəniz yosunlarından əldə edilən təbii bir jelatindir. Məsələn, hər hansı bir mayenin, bu enerji içkisi də ola bilər, meyvə şirəsi də içinə alginat əlavə olunur və qarışdırılır. Daha sonra bu qarışıq kalsium-xloridli suya damızdırılır. Məsələn, 200 ml suya 3 qram kalsium-xlorid əlavə edib qarışdırırlar. Xüsusi texnologiya ilə şpris və ya damcı sistemi vasitəsilə maye suya damcı-damcı tökülür. Bu üsulla eyni anda yüzlərlə, hətta minlərlə damcı əldə etmək mümkündür. Nəticədə kürü formasında kürəciklər alınır”.

A.Salamov istehlakçılara məsləhət görür ki, kürü alarkən məhsulun təbii olub-olmadığını nəzərə alsınlar və seçimlərini öz büdcələrinə uyğun etsinlər:

“Əgər tərkibində balıq ekstraktı varsa, balıq dadı verəcək. Əgər portağal şirəsindən hazırlanıbsa, portağal dadı olacaq. Şəxsən mən tərəfdarıyam ki, bu cür kürülər meyvə şirələrindən hazırlansın və xüsusilə şirniyyatların yanında dekorativ məqsədlə istifadə edilsin. Müştəri istəsə, ondan yeyə də bilər.

Az miqdarda, məsələn, 4-5 ədəd istifadə edildikdə bunun heç bir zərəri yoxdur, çünki dəniz yosunundan hazırlanır.

Nəticə olaraq seçim qarşısında qalan istehlakçı özü qərar verməlidir. Ucuz məhsul da var, bahalı məhsul da. Məsələn, marqarin də satılır, kərə yağı da. Kərə yağı almaq istəyən gedib alsın, yesin. Bir kilo almasın, 200 qram alsın, qənaətlə istifadə etsin.

Eyni ilə kürü məsələsində də belədir. 5 manatlıq kürü almaqdansa, imkanı varsa, 150-170 manatlıq, 115 manatlıq daha keyfiyyətli kürü alsın. “Beluqa” kürüsü ən keyfiyyətli kürüdür. İmkanı olan gedib onu alsın və yesin”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Yanvar 2026 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri