Icma.az
close
up
RU
Marketoloq TAKTİKASI Alıcıları necə cəlb edirlər?

Marketoloq TAKTİKASI Alıcıları necə cəlb edirlər?

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə bir çox ölkədə, həmçinin, Azərbaycanda supermarketlərdə çəki ilə satılan məhsulların qiymətlərinin artıq 1 kiloqram üzrə deyil, 100 qram üzrə göstərilməsi diqqət çəkir. Xüsusilə konfet, quru meyvə və s. məhsullarda bu yanaşma geniş yayılıb. Ənənəvi olaraq isə məhsulların qiyməti 1 kiloqram üçün göstərilirdi. Bu isə alıcının məhsulun ümumi dəyərini daha aydın anlamasına kömək edirdi. Lakin 100 qram üzrə qiymət göstərilməsi məhsulu “daha ucuz” kimi təqdim edə bilir. Yəni 1 kq-ı 20 manata olan məhsulu piştaxtada 100 qram üzrə 2 manat olaraq görürük. Psixoloji olaraq 2 manat daha ucuz, hər kəsə əlçatan təsiri bağışlayır. Qeyd etdiyimiz kimi, bu, təkcə Azərbaycanda yox, bir çox ölkələrdə tətbiq olunur. Marketoloqlar isə hesab edirlər ki, ideal yanaşma həm 100 qram, həm də 1 kiloqramın qiymətinin birlikdə göstərilməsidir. Onsuz da hər bir şəxs məhsuldan mütləq bir kiloqram almır, hər kəs öz büdcəsinə və ya ehtiyacına uyğun qədər məhsul alır. Məhsulun 100 qramının qiymətinin göstərilməsi hesablama zamanı rahatlıq yaratsa da bəzən də aldadıcı təsir bağışlaya bilər.

Bu dəyişiklik sadəcə texniki rahatlıqdır, yoxsa istehlakçı davranışına təsir edən marketinq strategiyası?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov  deyib ki, qanunvericilik bunu tənzimləmir deyə bundan istifadə edirlər:

“Marketoloqlar, satıcılar, mağaza sahibləri bütün dünyada öz ölkələrində olan qanunları incələyirlər, harada boşluq varsa, ondan istifadə edib istehlakçıları aldadırlar. Belə nümunələr çoxdur, istehlakçılar elə bilirlər ki, qablaşdıırlmış məhsullar bir kiloqram olmalıdır. İstehlakçının bəzən bir kiloqram olduğunu zənn etdiyi və pul verdiyi qablaşdırılmış şəkər tozu, qəndin 800 qram olduğunu görürük”.

Onun sözlərinə görə, bu, marketoloqların bir hiyləsidir:

“Marketoloqların minlərlə hiyləsi var, onlardan biri də budur. Başqa ölkələrdə də bu gedişlər edirlər. Azərbaycanda, bir çox ölkələrdə misal üçün, məhsulun qiymətini yazırlar ki, 8 manat 99 qəpik. Bu da bir marketoloq hiyləsidir. Məsələn, bəzi ölkələrdə, İspaniyada 8.99-luq məhsulda 99 rəqəmini o qədər kiçik yazırlar ki, 0-a bənzəyir. İstehlakçı onu görmür. Qanun qadağa etmədiyi üçün biznesin sui-istifadəçi kimi qiymətləndirilə bilər. Birəmənalı olaraq istehlakçıları cəlb etmək, aldatmaq üçün istifadə edilən üsullardan biridir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Aprel 2026 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri