Marko Rubio Almaniya, Slovakiya və Macarıstana səfər edəcək
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
ABŞ-ın dövlət katibi Marko Rubio 13–16 fevral tarixlərində Almaniya, Slovakiya və Macarıstana səfər etməyi planlaşdırır.
APA xəbər verir bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
Məlumata görə, Rubio 13–15 fevral tarixlərində Almaniyada keçiriləcək 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.
Slovakiyaya səfəri 15–16 fevral tarixlərini əhatə edəcək. ABŞ rəsmisi orada nüvə enerjisi sahəsində əməkdaşlığın inkişafı, enerji təchizatının şaxələndirilməsi, Slovakiyanın silahlı qüvvələrinin modernləşdirilməsi və NATO çərçivəsində öhdəlikləri ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırır.
Macarıstanda isə diplomat iki ölkə arasında enerji əməkdaşlığı məsələlərinə toxunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Fevral 2026 03:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















