Marko Rubiodan İran açıqlaması: “Buna yol vermək olmaz”
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonla Tehran arasındakı gərginliyi şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda üzləşilən problem İslam Respublikasının danışıqlara ciddi yanaşmaması ilə bağlıdır:
“Əgər onlar ciddidirlərsə, biz də ciddiyik. Əgər ciddi deyillərsə, öz maraqlarımızı və müttəfiqlərimizin maraqlarını qorumaq üçün lazım olanı edəcəyik”, - M.Rubio vurğulayıb.
Hörmüz boğazındakı vəziyyətə toxunan dövlət katibi deyib ki, əgər Yaxın Şərqdə bir dövlətin beynəlxalq su yoluna nəzarət edə biləcəyi, tranzit haqqı tələb edə biləcəyi və ödəmədikləri təqdirdə gəmilərə hücum edə biləcəyi bir presedent yaradılsa, bu, dünyanın digər yerlərində də təkrarlana və son dərəcə təhlükəli bir vəziyyət yarada bilər:
“Beləliklə, söhbət təkcə Hörmüz boğazında baş verənlərdən getmir. Söhbət naviqasiya azadlığının çox fundamental prinsipindən gedir. Əgər bu prinsip təhlükə altında olarsa, inanıram ki, qlobal iqtisadiyyat və son 150 ildə beynəlxalq ticarətin əsasını təşkil edən qaydalar da təhlükə altında qalacaq. Buna yol vermək olmaz”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 İyul 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















