Icma.az
close
up
RU
Markov: TerPetrosyanın indi üzə çıxan bəyanatı çoxdan məlum olan həqiqətin təzahürüdür

Markov: TerPetrosyanın indi üzə çıxan bəyanatı çoxdan məlum olan həqiqətin təzahürüdür

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ermənistan dövlətçiliyi ultra millətçi ideyalar üzərində inşa olunub və bir başa faşizmə əsaslanır. Ermənistanı faşizm xəstəliyindən sağaltmaq lazımdır".

Bu fikirləri APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.

Onun sözlərinə görə, Ermənistanın birinci prezidenti Levon Ter Petrosyanın ultura millətçi, insanlığa nifrət edən ideyalar və siyasi tezislərlə dolu bəyanatları faşist kimi xarakterizə oluna bilər.

"Ter-Petrosyanın indi üzə çıxan bəyanatı, mütəxəssislərə çoxdan məlum olan həqiqətin təzahürüdür. Təəssüflər olsun ki, Ermənistan dövlətçiliyi ultra millətçi ideyalar üzərində inşa olunub və bir başa faşizmə əsaslanır. Bunun bariz nümunəsi azərbaycanlılara olan münasibətdir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən etnik təmizləmə aparılarkən azərbaycanlılara qarşı əsl faşizm münasibət sərgilənib. Hələ birinci Qarabağ müharibəsinə qədər yüz minlərlə azərbaycanlı Qərbi Zəngəzurdan, öz dədə-baba yurdlarından qovularkən də bu baş verib. Biz bilirik ki, bu gün müasir Ermənistanın həyatında fəaliyyət göstərən açıq-aydın faşist təşkilatları mövcuddur. Onu da bilirik ki, müasir Ermənistanda Adolf Hitlerə xidmət edən Qaragin Njde kimi qəhrəmanlar var. Məhz Njdenin hazırladığı diversantlar Böyük Vətən müharibəsi zamanı arxa cəbhədə sovet əsgələrini öldürüblər",deyə Markov vurğulayıb.


Rusiyalı politoloq hazırda fəaliyyətdə olan bir çox erməni siyasi təşkilatlarının ideologiyalarının ultra millətçiliyə əsaslandığını, faşist strukturlarla əlaqəli olduğunu da söyləyib: "Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Ermənisantanda faşist dövləti yaradılıb. Bu faşizm tendensiyası məhv edilməlidir” sözlərinin haqlı olduğunu göstərir. Yaxşı olardı ki, bunu erməni xalqı özü məhv eləsin. Lakin erməni xalqının ölkənin ictimai-siyasi həyatında hökm sürən faşizm tendensiyasını məhv etməyə gücü çatacaqmı? Əgər gücü çatmayacaqsa, onda digər ölkələr bu məsələni qaldırmağa məcbur olacaqlar. Misal üçün, Rusiya dövlət səviyyəsində faşist Qaragin Njdenin qəhrəmanlaşdırılmasının yolverilməz olduğu məsələsini qaldırıb. Biz, Azərbaycan hakimiyyətinin Birinci Qarabağ müharibəsində insanlığa qarşı kütləvi cinayətlərdə ittiham olunan digər ermənilərin qəhrəmanlaşdırılmasının yolverilməzliyi məsələsini düzgün qaldırdığını görürük. Xocalı soyqırımı kimi cinayətlərə heç bir zaman əfv olmamalıdır. Bu soyqırımını törədənlər müttəhim kürsüsündə oturmalıdırlar. Erməni siyasi sinfinin ultura millətçi və faşist idealogiyasını daşıması Ermənistan dövlətinin korroziyaya uğradığının, xəstəliyə tutulduğunu göstərir. Ermənistanı bu xəstəlikdən sağaltmaq lazımdır"deyə Markov yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Yanvar 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri