Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Marsa yağış və qar yağması elmi təsdiqini tapır

Marsa yağış və qar yağması elmi təsdiqini tapır

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Mars planetinə yağış və qar yağdığı təsdiqlənib. Amerikalı alimlər bildiriblər ki, onlar hətta bunu elmi baxımdan sübut etmək üçün simulyasiya yaradaraq Mars planetinin indiki mənzərəsi ilə müqayisə ediblər.
Reyting.az
-ın xəbərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, qədim Mars, mövsümi yağışın, qarın, səthi boyunca axan gur çayların olduğu mülayim iqlimə malik bir planet kimi formalaşıb.
Qırmızı planetin qədim iqlimini və müasir landşaftını nəzərə almaqla, Marsın dəqiq oxşarını modelləşdirən ABŞ-nın Kolorado Universitetinin alimləri belə nəticəyə gəliblər ki, bu planetə uzun müddət qar və yağış yağıb. Mütəxəssislərin fikrincə, bu cür yağıntılar Mars planetinin iqliminə xas olan normal bir şəraitdə baş verib. Onların tapıntıları göstərib ki, güclü yağışlar milyardlarla il əvvəl Marsın səthini formalaşdıran bütün kanal şəbəkələrini qidalandırıb.
Elm adamlarının əksəriyyəti təxminən 4,1-3,7 milyard il əvvəl Marsın səthində müəyyən miqdarda suyun olması barədə fikirlərlə razılaşırlar. Bununla belə, tədqiqatçılar vurğulayıblar ki, suyun əsl mənşəyi elmə dəqiq bəlli deyil.
Bəzi alimlərin izahına görə, o zaman gənc günəş indikindən cəmi 75 faiz daha parlaq olub. Daha bir nəzəriyyə isə Mars ekvatoru ətrafındakı yüksəklikləri tam əhatə edən nəhəng buz örtüklərinin vaxtaşırı əriməsi ilə əlaqələndirilir.

Yeni araşdırmalar zamanı tədqiqatçılar ekvatorun yaxınlığında həmin planetə bənzəyən mənzərənin kompüter simulyasiyalarından peşəkarlıqla istifadə edəndən sonra ssenarilərə uyğun modelə yağış şəklində su əlavə ediblər. Müqayisə üçün digərlərində buzlaqların əriməsi prosesini nəzərə almaqla, fərqli görüntü yaradıblar. Elmi tədqiqatların nəticələri göstərib ki, onlar Mars planetində suyun on, yaxud da yüz minlərlə il ərzində necə axmasını müasir texnologiyaların köməyi ilə seyr edirlər. Əldə edilən nəticələrdən sonra elm adamlarına aydın olub ki, Mars planetində bu gün də, mövcud olan xeyli dərələr və başlanğıcdan axan sular ancaq qar və yağış səbəbindən, güclü yağıntılar nəticəsində əmələ gələ bilərdi. Qar və yağış, ümumilikdə isə bu yağıntılar olmadan buzlaqların mövsümi əriməsi, oradakı çayların, su hövzələrinin yaranması mümkün deyildi.
Tədqiqatçılar qrupuna daxil olan alimlərdən biri deyib ki, Mars planetində qar da yağıb, yağış da:
“Ümumilikdə, yekun nəticə çıxarmaq hələ çox çətindir, lakin bu vadilərin müxtəlif hündürlüklərdən başlaması aydın nəzərə çarpır ki, bunu da, yalnız buz örtüklərinin vaxtaşırı əriməsi ilə izah etmək mübahisə doğuran məsələdir".
Tədqiqatçılar modelin nəticələrini NASA-nın "Mars Global Surveyor", eyni zamanda, "Mars Odyssey" kosmik gəmisi tərəfindən Marsdan əldə edilmiş faktiki məlumatlarla müqayisə ediblər. Məlum olub ki, əslində, baş vermiş yağıntıların daxil olduğu bu simulyasiyalar Mars planetinin real mənzərəsini dəqiq əks etdirir.
Elm adamları vurğulayıblar ki, nəticələr planetin qədim iqlimi ilə bağlı bütün suallara cavab vermir. Alimlərin fikrincə, araşdırmaların ən önəmli sahəsi Mars planetində mövcud iqlim şəraitinin qar və yağış üçün kifayət qədər stabil qalan isti temperaturu necə saxlaya biləcəyinin sirrini açmaqdır.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 Aprel 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri