Icma.az
close
up
RU
Marsol Group iddialıdır: “Yerli şirkətlərin ən böyük tanıtım sərgisini keçirəcəyik” FOTO

Marsol Group iddialıdır: “Yerli şirkətlərin ən böyük tanıtım sərgisini keçirəcəyik” FOTO

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Artıq 7 ildir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol Group “Yerli Şirkətlərin Tanıtım Sərgisi” layihəsi çərçivəsində ölkə sahibkarlarını bir araya gətirir. Layihənin əsas məqsədi — yerli şirkətlərə öz məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmək, yeni müştərilərlə təmas qurmaq və əməkdaşlıq imkanlarını genişləndirmək üçün əlverişli mühit yaratmaqdır.

Modern.az-ın məlumatına görə, Marsol Group-un rəhbəri Tural Mustafayev bildirib ki, bu sərgilər illər ərzində həm iştirakçıların, həm də ziyarətçilərin sayına görə genişlənərək artıq milli biznes platformasına çevrilib:

“İlk sərgimizi 2019-cu ildə “Partners & Business Baku 2019” adı altında Caspian Business Hotel-də təşkil etdik. 100-dən çox yerli şirkət 5000-dən artıq ziyarətçiyə məhsullarını təqdim etdi. 2020-ci ildə Bakı İdman Sarayında keçirilən növbəti sərgimizdə 150 şirkət iştirak etdi, ziyarətçi sayı isə 10 min nəfəri keçdi. Bu artım yerli sahibkarların sərgiyə göstərdiyi marağın ildən-ilə yüksəldiyini sübut edir”.

Tural Mustafayevin sözlərinə görə, 2022-ci ildə “Baku Crystal Hall”da keçirilən sərgi həm miqyas, həm də təşkilati baxımdan yeni mərhələ olub. 200-ə yaxın şirkət və 20 minə yaxın ziyarətçi iştirak edib, üç gün davam edən tədbir çərçivəsində 5 panel müzakirədən ibarət 3 günlük konfrans da keçirilib.

“2023-cü ildə biz Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı sərgimizi təşkil etdik. Həmçinin sərgi çərçivəsində  işğaldan azad olunmuş ərazilərdə investisiya imkanlarına və biznesin rəqəmsallaşmasına dair, 3000-dək sahibkarın iştirakı ilə panel müzakirələr təşkil olundu”, — deyə Mustafayev qeyd edib. Onun sözlərinə görə, həmin il həmçinin ölkəmizdə ilk dəfə Bakı İdman Sarayında yerli istehsalçılara həsr olunmuş “Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” keçirilib, 100-dən çox istehsalçı şirkətin təqdim etdiyi məhsullar minlərlə ziyarətçinin marağına səbəb olub.

2024-cü ildə Bakı Ekspo Mərkəzində keçirilən 5-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” 200-ə yaxın şirkəti və 21.346 ziyarətçini bir araya gətirib. 2025-ci ilin 18–21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 2 zalı əhatə edən növbəti sərgidə isə 300-ə yaxın şirkət iştirak edib, ziyarətçi sayı 30 min nəfəri ötüb.

Marsol Group rəhbərinin sözlərinə görə, sərgilərdə sahibkarların aktivliyi və ictimai maraq ilbəil artır. Ziyarətçilər üçün ödənişsiz avtobus marşrutları təşkil edilir, bununla da bu platforma hər kəs üçün daha əlçatan olur.

Hazırda Marsol Expo növbəti böyük sərgiyə hazırlaşır. Tural Mustafayevin sözlərinə görə, 2026-cı ildə Bakı Ekspo Mərkəzində keçiriləcək yeni sərgi 12.000 kv.m ərazidə təşkil olunacaq və bu, indiyə qədərki ən genişmiqyaslı tədbirimiz olacaq: “Son sərgimizdə iki zaldan istifadə etmişdik, bu dəfə isə üç zalı əhatə etməyi planlaşdırırıq. Şirkətlərin marağı çox böyükdür, qeydiyyat prosesi davam edir, iştirakçıların çoxluğunu nəzərə alaraq sərgi zalının ərazisini böyütməyə qərar vermişik”.

Bugünədək keçirilən bütün sərgilərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol Group (KOBİA) təşkilatçı, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Dövlət Reklam Agentliyi, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və digər dövlət və özəl qurumlar tərəfdaş qismində çıxış ediblər.

Sonda Marsol Group rəhbəri vurğulayıb ki, bu layihə təkcə bir sərgi deyil, yerli sahibkarlığın inkişafına xidmət edən milli biznes platformasıdır: “Biz inanırıq ki, bu sərgilər vasitəsilə Azərbaycan sahibkarları arasında yeni əlaqələr formalaşacaq, ölkədə fəaliyyət göstərən bütün sahələr üzrə şirkətlərin inkişafına real töhfə veriləcək. Marsol Group olaraq əsas məqsədimiz sahibkarları birləşdirmək, onları inkişaf və əməkdaşlığa təşviq edən etibarlı biznes ekosistemi yaratmaqdır. Maraqlanan tərəflər internet saytımızdan (marsolexpo.az) əlavə məlumatlar əldə edə bilərlər”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri