Icma.az
close
up
RU
Martin Ryanın məhkəməsində şahidlər ifadə verdi

Martin Ryanın məhkəməsində şahidlər ifadə verdi

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə işini davam etdirib.

Bakıda Martin Ryanla yaxın münasibətdə olan J.S. ifadəsi zamanı vurğulayıb ki, o Martin Ryanla 2022-ci ilin sentyabr və oktyabr aylarında tanış olub: "Mən Martinlə “Facebook” sosial şəbəkəsində tanış olmuşam. O, həmin şəbəkədə mənə dostluq göndərdi. Onun profilinə baxanda ortaq dostlarımızın olduğunu gördüm. Buna görə də onun dostluq təklifini sosial şəbəkədə qəbul etdim və görüşməyə başladıq. Söhbət zamanı buradakı şərab biznesi ilə bağlı danışırdı, ailə quracağını deyirdi. Bir müddət sonra onun telefonuna zəng çatmadı, buna görə də narahat oldum. Onun dostları ilə əlaqə saxlamağa cəhd etsəm də, bu baş tutmadı. Sonradan DTX-yə dəvət olundum. Orada mənə Martinlə bağlı suallar verdilər".
Şahid daha sonra qeyd edib ki, Martin Ryanın Azərbaycan tərəfindən Fransaya casusluq etməsinin şahidi olmayıb: "Əgər bunu bilsəydim, özüm aidiyyəti quruma məlumat verərdim ".

Daha sonra ifadə verən şahid S.Ş. bildirib ki, Fransa səfirliyinin əməkdaşı olmuş Loran Qrarda Badamdarda yerləşən iki mərtəbəli evini kirayə verib: "Onun Fransa səfirliyində nə işlə məşğul olduğunu bilməmişəm. Sadəcə orada işlədiyi bilmişəm. Onu makler vasitəsi ilə tanımışam. 2 min manata evi ona kirayəyə verdim. Kirayə pulunu hər ay evinə gedərək özüm almışam. Sonuncu dəfə kirayə pulunun vaxtı çatanda yazdm, amma cavab gəlmədi. Gedib evin qapısını döysəm də, qapının bağlı olduğunu gördüm. Bununla bağlı Fransa səfirliyinə “e-mail” vasitəsilə yazdım. Mənə cavab verildi ki, Loran təcili Fransaya gedib, açarlar səfirlikdədir, tezlikdə təhvil veriləcək. Sonra açarları götürdüm və evə baxış keçirdim. Evdə şübhəli heç nə görmədim".

Daha sonra şahid qismində R.M. ifadə verərək bildirib ki, Martin Ryanla  Fransada olan tədbirlərdən birində tanış olub: "Bizim tanışlığımız Diana adlı qadının vasitəsi ilə baş tutub. Bizim Fransada adətən azərbaycanlı tələbələrlə sıx görüşlərimiz olub. Amma aradabir Martinlə də görüşmüşəm. Daha sonra ölkəyə qayıtdım .Bir müddət sonra Martin Azərbaycana gəldi və biz  görüşdük. Biz eyni vaxtda bir neçə nəfərlə görüşürdük. Məqsəd o idi ki, həm dili unutmayaq, həm də əlaqələrimiz itməsin. Daha sonra Martin şərab şirkəti açdı, mənim də şirkətim var idi. İşlərimiz yaxşı gedirdi. Sonradan işimizi böyütmək qərarına gəldik. Bunun üçün də fransız əsilli Gürcüstan vətəndaşı Lüdovik Girod ilə əməkdaşlığa başladıq. O bizə müştəri verməli idi. Buna görə də işlərimizin böyüməsi üçün ortaq şirkət açdıq. Şirkətə direktor təyin etmək lazım oldu. Həmin vəzifəyə də Martini seçdik. Şirkətin funksiyası verilən sifarişləri çatdırmaqdan ibarət olub. Sonradan hesablarda problemlər yaranmağa başladı. Buna görə də iki ildən sonra şirkəti satmaq istədik. Amma sata bilmədik. Mənim Martinlə münasibətim korlandı, biz iki il müddətində görüşmədik".

Daha sonra sorğu-sual zamanı şahid bildirib ki, şərabçılıq biznesi ilə bağlı Fransa və İspaniya şirkətləri ilə əlaqə qurublar: "Sifariş veriləndə biz həmin sifarişin çatdırılmasını təmin edirdik. Mənim şirkətdə söz sahibliyim yox idi. Çünki şirkətdə 15-20 faiz payım var idi. Buna görə də həlledici məsələlərdə qərarları mən vermirdim"

R.M. bildirib ki, Martin Ryanın Olqa adlı şəxslə əlaqəsi var idi: " Martin söhbət zamanı Olqanın rus agenti olması barədə şübhələndiyini deyirdi. Lakin mən bunu ciddi qəbul etmirdim".Sonra şahidə sorğu-sual zamanı Martin Ryanın casusluq etməsi, şəxsləri bu əməlinə təhrik etməsi barədə suallar verilib. Şahid bu sualları belə cavablandırıb: "Mənim bu məsələlərdən xəbərim olmayıb. Mənim Martinlə iki il əlaqəm olmayıb. Əgər məlumatım olsaydı, aidiyyəti strukturlara xəbər verərdim".

Şahid bildirib ki, 2023-cü ilin yay aylarında Bakıdakı kafelərin birində Martin ona deyib ki, Fransa səfirliyinin ağsaçlı əməkdaşlarından biri ona Afrikada hansısa ölkədə fəaliyyət göstərən şəxsə pul köçürməyi təklif edib. Martin həmin ağsaçlı şəxsin kəşfiyyatçı olduğu qənaətində olub.

Şahid həmçinin bildirib ki, 2023-cü ilin yay aylarında Martin onunla görüşmüş və görüş zamanı Fransa səfirliyinin əməkdaşlarından biri tərəfindən üzərində “fransız hərfləri” qeydləri olan klaviatura gətirəcəyini deyib. Martin Ryan həmin şəxslə Bakı şəhərində “Malakan bağı”nda görüşəcəklərini bildirərək ondan oraya birgə getməklərini xahiş edib. O da Martinlə birgə oraya gedib, bundan bir neçə dəqiqə sonra həmin şəxs də oraya gəlib. Görüş zamanı həmin şəxs adını ona bildirsə də, onun yadında həmin ad qalmayıb. Fransa səfirliyinin əməkdaşı görüş zamanı Martin Ryana klaviaturanı verdikdən sonra 5-10 dəqiqə Martinin Bakıdakı şərab satışı ilə bağlı onunla söhbət edib. Fransa səfirliyinin həmin əməkdaşı zahirən sarışın, saqqallı, təxminən 40-45 yaşlarında olan, orta çəkili, ortaboylu bir şəxs olub (ibtidai istintaq prosesində fotoşəkil üzrə tanınma zamanı şahid R.M. səfirliyin həmin əməkdaşını tanımışdır). Bu görüşdə Ü.Ə və Z.M. də onların yanında olub. Onun həmin görüş zamanı təcili işi yarandığından oradan ayrılıb, Martin Ryanla səfirliyin əməkdaşının söhbəti isə davam edib. 

Bundan sonra Martin Ryan bildirib ki, onun Azərbaycanda oturum üçün icazəsi olmalı idi: "Bunun üçün də direktor seçildim, aylıq 1500 manat maaş alırdım. Bundan əlavə təminatımı da verirdilər. Əgər mən Gürcüstanda oturum alsaydım, direktor R.M. də seçilə bilərdi".

Növbəti proses 2026-cı il yanvarın 12-nə təyin olunub. 

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Seymur Əli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Noyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri