“Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Fənərbaxça”nın baş məşqçisi vəzifəsindən ayrılan İsmail Kartala futbolçularından vida mesajları gəlib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin üzvləri Kerem Aktürkoğlu, İrfan Can Kahveci və Natan Ake sosial şəbəkə hesablarında türkiyəli mütəxəssisə təşəkkür ediblər.
Kerem Aktürkoğlu paylaşımında Kartalla qısa müddət də olsa işləmək fürsəti qazandığı üçün özünü şanslı hesab etdiyini bildirib:
“Əziz İsmail müəllim, sizi tanıdığım və qısa müddət də olsa sizinlə işləmək imkanı qazandığım üçün özümü çox şanslı hiss edirəm. Mənə qazandırdığınız hər şeyə və bizim üçün çəkdiyiniz bütün zəhmətə görə sizə təşəkkür edirəm. Bundan sonrakı həyatınızda hər şey ürəyinizcə olsun. Yolunuz açıq olsun”.
İrfan Can Kahveci də sabiq baş məşqçisinə təşəkkür edib:
“Çəkdiyiniz zəhmətə və birlikdə yaşadığımız hər şeyə görə sizə və komandanıza təşəkkür edirəm, müəllim. Yolunuz açıq olsun”.
Niderlandlı müdafiəçi Natan Ake isə İsmail Kartalla birgə fotosunu paylaşaraq “Təşəkkür edirəm, müəllim” sözlərini yazıb.
Qeyd edək ki, “Fənərbaxça” oktyabrın 27-də İsmail Kartalın istefasını qəbul edib. Klub yeni baş məşqçi təyin olunana qədər komandanı müvəqqəti olaraq Dirk Kuytın çalışdıracağını açıqlayıb.
“Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək” İsmail Kartal avtomobil qəzasına düşüb İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu - MÜBARİZƏNİ DAYANDIRDI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 28 Oktyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















