Martinesin Mançester Yunayted dəki gələcəyi şübhə altında
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martinesin klubdakı gələcəyi ciddi şübhə altına düşüb.
Sportal.az xəbər verir ki, onun ictimaiyyətə açıqladığı fikirlər klub rəsmiləri və komanda yoldaşları arasında narazılıq dalğasına səbəb olub. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Çempionlar Liqasında "Atletiko"ya qarşı keçirilən və 0:2 hesabı ilə başa çatan oyundan sonra argentinalı futbolçu daha fəal transfer kampaniyası gözlədiyini açıq şəkildə bildirib. Komanda Mançesterə qayıtmaq üçün təyyarəyə minərkən bir komanda yoldaşı bu sözlərinə görə Martinesə etirazını bildirib.
Bundan əlavə, 28 yaşlı mərkəz müdafiəçisi hələ ötən yay klubu tərk etməyə və "Atletiko"ya keçməyə çalışsa da, İngiltərə təmsilçisi heç vaxt qənaətbəxş təklif almayıb. Buna görə də keçid baş tutmayıb.
Futbolçunun hazırkı müqaviləsi 2026/27-ci il mövsümünün sonuna qədər qüvvədədir. "Mançester Yunayted"in sözləşməsi avtomatik olaraq daha 1 il uzatmaq hüququ var. Lakin rəhbərlik hələ yekun qərar verməyib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 14 Oktyabr 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















