Masallıda 40 a yaxın sürücü üçün təlimlər təşkil edilib FOTO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Masallı şəhərində “Beynəlxalq yük daşımalarında iştirak edən sürücülər üçün iş və istirahət rejimi” mövzusunda xüsusi təlimlər təşkil edilib. Təlimlər Nazirlər Kabinetinin 147 nömrəli Qərarı ilə təsdiq edilən “Taxoqrafdan istifadə, ona xidmət və rəqəmsal taxoqraf kartından istifadə üzrə” proqram əsasında həyata keçirilib.
AYNA-dan Avtosfer.az-a bildirilib ki, təlimlərə 40-a yaxın sürücü cəlb olunub. Tədris prosesi sürücülərin təhlükəsiz və qanunvericiliyə uyğun fəaliyyətini təmin etmək məqsədilə nəzəri və praktik hissələri əhatə edib. Proqram çərçivəsində sürücülərə taxoqrafların tətbiqi və istifadəsi ilə bağlı ümumi tələblər, taxoqrafların təyinatı, növləri və texniki xüsusiyyətləri, sürücülərin iş və istirahət rejimi, sürücü kartı və ondan istifadə qaydaları tədris edilib.
Təlimlərdə uğur qazanan iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikat sahibləri beynəlxalq səviyyədə tanınan taxoqraf kartlarını əldə edə biləcəklər.
Təlimlər yükdaşıma fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, sürücülərin peşəkar bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Baxış sayı:102
Bu xəbər 05 Avqust 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















