Masallıda baş verən qəzada 34 yaşlı sürücü ölüb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini 1991-ci il təvəllüdlü Rəhim Hüseynov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarında olan maneəyə çırpılıb. Qəza nəticəsində sürücü R.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə sərnişin qismində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Masallıda baş verən qəzada 18 yaşlı gənc ölüb FOTO
19 Aprel 2026 10:56
Masallıda avtomobil daş hasara çırpılıb, 21 yaşlı sürücü ölüb
09 Mart 2026 12:10
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
03 İyul 2026 01:33
Masallıda 20 yaşlı qız zəhərlənərək ölüb
11 Yanvar 2025 09:50
Masallıda iki Mersedes toqquşub, bir sürücü ölüb
07 Fevral 2026 00:05
Baxış sayı:87
Bu xəbər 27 Mart 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















