Masallıda bir ailə qəzaya düşdü Ölən və yaralananlar var
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə səhər saat 07:30-da Ələt-Astara yolunun Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Həmin ərazidə hərəkətdə olan "KIA Optima" markalı avtomobil qarşıdan gələn "KamAZ" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində KIA markalı avtomobilin sürücüsü Şədulla Taleh oğlu Vəliyev və sərnişinləri - 1966-cı il təvəllüdlü Sevda Abas qızı Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Allahverdi oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Abas qızı Vəliyeva ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlar bir ailənin üzvləridir.
Xəsarət alan Ş.Vəliyeva xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 28 İyun 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















