Icma.az
close
up
RU
Masallıda ər arvad arasında dava: Telefonla qadının qaşını yardı

Masallıda ər arvad arasında dava: Telefonla qadının qaşını yardı

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Masallı rayonunda 1998-ci il təvəllüdlü İsmət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ləmana (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ər-arvadın birgə yaşadıqları Masallı şəhəri, Füzuli küçəsində evdə baş verib. İsmət həmin ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında Ləmanın geyiminin dar olması ilə əlaqədar aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı mobil telefonu yaxın məsafədən qəsdən ataraq ona bədən xəsarətləri yetirib.
Hadisəni törədən İsmətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ləmanla 2018-ci ildə ailə həyatı qurub və birgə nikahlarından 2 övladı var: “Təxminən 6 aydır ki, Masallı rayonunun Füzuli küçəsində kirayə yaşamışıq. Əvvəllər aramızda mübahisə olmayıb. Hadisədən əvvəl Ləman internetdən şalvar sifariş etdi. Sifariş etdiyi şalvarı göstərdi və mən yaxşı olmasını bildirdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Ləman  işdən çıxan zaman onun əynində olan şalvar və köynəyin dar olmasını görüb, ona irad bildirib: “Yolda mübahisə olmasın deyə evdə söhbət edəcəyimi dedim. Evə gəldikdən sonra şalvarın dar olmasını və geyindiyi paltarların adıma xələl gətirməsini, bundan sonra geyinməməsini bildirdim. Ləman yaxşı geyinməyə qoymadığımı, işçi yoldaşlarının yanında pis görsənməyini dedi. Bu zaman aramızda olan mübahisə artdı. Ləman təhqir etməyə başladı. Əsəbləşərək əlimdə olan sarı rəngli “HUAWEİ” markalı mobil telefonu Ləmanın üzərinə atdım. Telefon onun sol qaş nahiyəsinə dəydi və xəsarət aldı. Ləmanın qaşının partlamasını və qan axmasını görərək ona yaxınlaşdım, üzr istədim və qaşına buz qoydum. Ləman valideyinlərinə müraciət etdi. Təxminən 5 dəqiqə sonra anası gəldi və həmin zaman mən evi tərk etdim. Aramızda olan mübahisə təxminən 10 dəqiqə  davam etdi. Hadisə fərdi yaşayış evinə olması səbəbindən heç kimin narahatçılığına səbəb olmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, həyat yoldaşı İsmətlə birgə nikahlarından 2 övladları var: “İsmətin razılığı ilə şalvar sifariş etdim. Hətta aldıqdan sonra evdə həmin şalvarı geyinərək ona göstərdim. İsmət paltarın yaxşı olmasını deyərək geyinməyimə icazə verdi”. 
Zərərçəkmiş bildirib ki, hadisə günü işdən çıxanda İsmət onu götürərək evə aparıb: “Yolda olan zaman səbəbini bilmədən İsmət mənə şalvarımın pis olmasını söylədi və deyiləsi mümkün olmayan söyüşlərlə təhqir etməyə başladı. İsmətə özünün icazə verdiyini bildirdim. Evə çatdıqdan sonra İsmət yenə deyinməyə və məni təhqir etməyə başladı. Mənim boğazımdan tutaraq bir şillə vurdu. Uşaqlara çörək verdikdən sonra otaqda əyləşdik. İsmət yenə deyinməyə başladı və onun sözlərinə qulaq asmağa məcbur etdi. Telefonla məşğul olan zaman İsmət əlində olan mobil telefonu üzərimə atdı. Telefon sol qaş nahiyəmə dəydi. Xəsarət almağımı görən İsmət buz gətirərək qaşıma qoydu. Anama zəng edərək bu barədə məlumat verdim. Anam 10 dəqiqədən sonra evə gəldi. Masallı Rayon Mərkəzi Xəstəxanasına getdik. Orada müayinə edildikdən sonra anamın evinə gəldim”. 
Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən İsmətin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Fevral 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri