Masallıda peşə məşğulluq festivalı
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Masallı Rayon İcra Hakimiyyətinin qarşısında əsl qələbəlik hökm sürürdü. Meydanda ayrı-ayrı peşələr haqqında qurulmuş stendlər dərhal diqqəti cəlb edirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə burada "PeşəFest-2026" layihəsi çərçivəsində növbəti təqdimat keçirilirdi.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival gəncləri və valideynləri əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə, karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyırdı.
İştirakçılara meydanda qurulmuş çadırlarda dənizçi, əməyin təhlükəsizliyi, ərtaf mühitin mühafizəsi, silah və uçuş mühəndisliyi, psixoloq, dərzilik, modelyer, tibb işçisi, bərbər və əmək bazarında aktual olan digər peşələr haqqında məlumatlar verildi. Masallı peşə məktəbinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov festival iştirakçılarını salamlayaraq ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin mərkəzində Azərbaycan vətəndaşının sosial-rifah halının daha da yaxşılaşdırılmasının durduğunu qeyd etdi. “PeşəFest”in regionda gənclərin peşələr barədə məlumatlılığının artırılmasına və gələcək məşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfələr verəcəyini bildirdi. Gənclərə peşə seçimində, gələcək karyeralarının qurulmasında, cəmiyyətdə layiqli yer tutmasında uğurlar arzulayaraq ənənəvi peşələrlə yanaşı, yüksək texnologiyalar, rəqəmsal innovasiyalar və əmək bazarının tələblərinə uyğun müasir peşələrə yiyələnmələrini tövsiyə etdi.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev cənub bölgəsinin mərkəzində 9-cu “PeşəFest”in böyük izdihamla keçirildiyini, yeniyetmə və gənclərin fəallıqlarının qürurverici olduğunu bildirdi. Festivalın gənclərin müasir əmək bazarının tələblərinə uyğun peşələrlə tanış olmaları və gələcək karyeralarını düzgün qurmaları üçün mühüm platforma olduğunu söylədi.
Milli Məclisin üzvü Məşhur Məmmədov düzgün peşə seçiminin gələcək uğurların təməli olduğunu qeyd etdi. Millət vəkili festivalın bölgə gənclərinin aktual peşələrlə əyani tanışlığı və məşğulluq imkanları barədə məlumatlılığının artırılmasında əhəmiyyətindən danışdı. Mütəxəssislərin məsləhətlərindən maksimum yararlanmağın, rəqəmsal və praktiki sahələrdə peşə vərdişlərinə yiyələnməyin vacibliyini vurğuladı.
Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edərək, təmsil etdikləri peşələrin xüsusiyyətlərini, gənclərə peşə seçimi ilə bağlı tövsiyələrini çatdırdılar. Gəncləri maraqlandıran sualları cavablandırdılar.
Festival iştirakçıları mütəxəssislərlə ünsiyyət qurub ayrı-ayrı peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etdilər.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 10 Oktyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















